FHN bəzi müəssisələrin lisenziyalarını ləğv olunub

Maddi-texniki baza ilə təmin olunmayan yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub.
"Ulusum".az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti aparılmış planlı yoxlamalar zamanı bəzi müəssisələrdə “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Nəzarət ölçü cihazları və avtomatika” və “Gözcü güvənlik” məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri aşkar olunub.
Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, maddi-texniki baza ilə təmin olunmayıb.
Qeyd edək ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən sözügedən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes
Bu gün, 10:00
Versace-nin kreativ direktoru vəzifəsini tərk edir
Siyasət
Bu gün, 09:57
XİN bəyanat yaydı
Maraqlı
Bu gün, 09:30
Yuxusuzluq və çəki artımı
Dünya
Bu gün, 09:15
Ukrayna-Rusiya güzəştləri atəşkəsə necə təsir edəcək?
Köşə
Bu gün, 09:11
Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu
Siyasət
Bu gün, 08:37
Ərdoğan: Türkiyə Sülh və Ədalət Yolunda Qətiyyətlidir
Cəmiyyət
Dünən, 21:09
Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı
Hadisə
Dünən, 20:51
Yevlaxda qətl hadisəsi törədildi
Dünya
Dünən, 20:00
Polşa Trampa şans verməyə çağırır
Populyar Xəbərlər
Rabat şəhərində Azərbaycan səfirliyinin təşkil etdiyi iftar süfrəsinin - VİDEOSU
Rabatda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
"Ulusum".az Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi
Mixail Saakaşvilinin cəzası bəlli oldu
Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı