Bi gün Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun doğum günüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun doğum günüdür.
Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Sübhan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Cəbrayılov oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Allah rəhmət eləsin.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO