Bu gün Xudayar Yusifzadənin doğum günüdür
Bu gün Vətən müharibəsinin şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.
Ulusum.az bildirir ki, şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.
X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib.
Daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.
Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə çəkib. Həmin video qısa müddət ərzində sosial mediada trendə çevrilib.
Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
22-04-2024, 12:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
16-05-2024, 21:00
Bu gün “Nizami” Kino Mərkəzində Türkiyənin və Azərbaycanın bir qrup şəhid ailəsinin, rəsmi şəxslərin, ictimaiyyət
12-07-2024, 08:30
Bu gün Tovuz döyüşlərinin ildönümüdür. Ulusum.az bildirir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 08:06
Dostoyevskinin Sankt-Peterburqdakı mənzili satılır
Cəmiyyət
Bu gün, 08:04
Rusiyada payız hərbi xidmətə çağırış başlayıb
Hadisə
Bu gün, 08:02
Bağdaddakı ABŞ bazası raket atəşinə tutulub
Hadisə
Bu gün, 07:54
İranda bir neçə sərhədçi öldürülüb
Cəmiyyət
Bu gün, 07:51
Olag Şoltsun Kiyevlə bağlı qərara qüvvədə qalır
---
Bu gün, 07:49
Ryan Wesley Root Florida məhkəməsində Trampa sui-qəsd cəhdi ittihamlarını rədd edib
Hadisə
Bu gün, 07:44
İsrailin Livana endirdiyi zərbələr nəticəsində azı 59 nəfər ölüb, 65 nəfər yaralanıb
Cəmiyyət
Bu gün, 07:41
İsrail ordusu Livana havadan və qurudan hücuma keçir
Cəmiyyət
Bu gün, 07:39
"İsrail Hizbullaha qarşı müharibəni davam etdirəcək"
Populyar Xəbərlər
"Mən sülhə səs verirəm!" adlı tədbir keçirilib
DİQQƏT - BAKIDA KİRAYƏ MƏNZİL FIRILDAQÇILIĞI GENİŞ VÜSƏT ALIB
Ən dözümlü avtomobillərin siyahısı
Sabirabad sakini Şirvanda külli miqdarda heroinlə tutuldu
Portağalın faydaları nələrdir?
Rusiya və Husilər yaraqlılara raket tədarükü ilə bağlı danışıqlar aparır