İmişlidə Şəhid baş leytenant Cavid Səfərlinin doğum günü qeyd olunub - FOTOLAR
İmişlidə Şəhid baş leytenant Cavid Səfərlinin doğum günü qeyd olunub.
Şəhid baş leytenant Cavid Səfərlinin doğum günündə xatirəsi əziz tutulub. Şəhidin təhsil aldığı 5 Saylı orta məktəbdə keçirilən tədbirdə şəhidin ailəsi ilə bərabər , məktəb kollektivi, şəhid ailələri, Cavidin sinif yoldaşları və sakinlər iştirak edib. Öncə şəhidlərin xatirəsi sükutla yad edilib. Çıxış edənlər şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Cavidin valideynlərinə Vətənimiz üçün gərəkli övlad böyütdüklərinə görə təşəkkür edib. Şəhidin şərəfli ömür yolundan danışanlar bildirib ki, Cavid 1993-cü il may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. 14 yaşında olarkən hərb sənətinə yiyələnmək üçün hərbi liseyə daxil olub. Daha sonra ali hərbi məktəbi bitirib. Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət başlayıb. Aprel döyüşləri ərəfəsində də Cavid qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan ordusunun baş leytenantı olan Cavid 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünü bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Düdükçü istiqamətində qəhrəmancasına şəhid olub. Daha sonra məktəblilər tərəfindən hazırlanan ədəbi bədii kompozisiya nümayiş edilərək vətənpərvər ruhda şeirlər söylənib. Qeyd edək ki, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Cavid Səfərli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə"
"Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO