İmişlidə 4 yaşlı uşağın ölümünə səbəb olan tibb işçisinə hökm oxundu
İmişlidə 4 yaşlı uşağın ölümünə səbəb olan tibb işçisinə hökm oxundu. Məhkəmə 68 yaşlı şəxsə 2 il həbs və rəhbər vəzifə tutmaq qadağası verib
Ulusum.az-ın məlumatına görə, İmişli rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxs, Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri 68 yaşlı Ümidəli Həsənov (soyad şərtidir) 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bununla yanaşı ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma qadağan edilərək, həmçinin hüququndan məhrum olunub.
Qeyd edək ki, hadisə bu il martın 2-də rayonun Yalavac kəndində qeydə alınıb. Hərarəti qalxan 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsində heç bir sınaq qoyulmadan “Seftriaksion” antibiotik iynəsi vurulub. Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.
Fakta görə cinayət işi Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə açılıb. Məhkəmə 68 yaşlı Ümidəli Həsəni təqsirli bilərək ona 2 il azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin o, 2 il müddətinə dövlət və özəl müəssisələrdə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib.
Xatırladaq ki, Ümüdəli Həsənov 2012-ci ildən 2022-ci ilədək İmişli rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
