Bakı, Sumqayıt və Gəncədə narkomaniyaya qarşı sosial çarxlar nümayiş olunur - FOTO
Narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü olə əlaqədar ölkəmizdə bir sıra maarifləndirici tədbirlər həyata keçirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə hazırlanan sosial çarxlar Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində yerləşdirilmiş elektron lövhələrdə yayımlanır.
“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 – qaynar xətt” adlı videoçarxların nümayişi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı sosial maarifləndirmə işinin gücləndirilməsi məqsədini daşıyır.

Qeyd edək ki, bu sosial çarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
---
Dünən, 18:08
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olundu
Populyar Xəbərlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
Universitetdə tələbə müəllimə bıçaqla hücum etdi – cinayət işi açıldı VİDEO
“Könül dəftərim” – səssiz qalan sənətə səs verən sənədli film layihəsi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü
Yaşla bağlı əzələ zəifliyinin qarşısını alan zülal kəşf edildi