Çirkli Göldə Balıq Tutanlar: Sədərək və Binə Arasında Həyat və Təhlükə
Qaradağ rayonu Lökbatan qəsəbəsində, Sədərək və Binə ticarət mərkəzlərinin yaxınlığında yerləşən gölün ekoloji vəziyyəti narahatlıq doğurur.
“Ulusum.az”ın “Report”a istinadən verdiyi məlumata görə, gölün suyu və ətrafı çirkli olsa da, balıqçılar burada balıq tutmaqda davam edirlər.
Balıqçılarla söhbət zamanı bəzi şəxslərin sadəcə həvəskar olduqları, lakin bir çoxunun tutduqları balıqları həm istehlak etdikləri, həm də satışa çıxardıqları məlum olub. Ekoloq Rövşən Abbasov bildirib ki, Abşeron yarımadasında yerləşən göllərin əksəriyyəti müxtəlif tullantılarla çirklənib və bu tip göllərdə balıq tutulmamalıdır, çünki balıq çirkabı öz bədəninə tez çəkən bir canlıdır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu isə qeyd edib ki, həmin ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil və təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası texniki vəziyyət və digər amillər nəzərə alınmaqla mərhələlərlə həyata keçirilir.
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Nadir Muradov isə “Sözügedən gölün və ətrafının vəziyyətindən xəbərdarsınızmı?” sualına “o gölə heç nə axıdılmır” cavabını verib. Qurumun digər səlahiyyətli şəxsi ilə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb.
Daha ətraflı videomaterialı təqdim edirik:
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq