Elşad Hacıyev: Kiberdələzduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev kiberdələduzluqla bağlı aktual məsələlərə toxunub.
Elşad Hacıyev bildirib ki, kiberdələduzluq nəticəsində zərərçəkmiş şəxslərin vəsaitləri, əgər Azərbaycanda yerləşirsə, müəyyən edilə bilər. Lakin vəsaitlər ölkə xaricinə çıxarılıbsa, onların geri qaytarılması çətinləşir və əksər hallarda mümkün olmur. Bu səbəbdən, kiberdələduzluq hallarında vəsaitin geri qaytarılması nadir hallarda baş verir.
O, həmçinin vurğulayıb ki, kiberdələduzluq hallarına müəllimlər, həkimlər və yüksək vəzifəli şəxslər də məruz qalır. Bankların təhlükəsizlik sistemlərində problem olmadığını qeyd edən Hacıyev, əsas məsuliyyətin istifadəçilərin diqqətli olmamasından qaynaqlandığını bildirib. O, vətəndaşları kiberdələduzluq hallarında dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 11:30
Rus gəncləri TikTok-da populyarlaşan “Molekul” arıqlama həblərindən zərər çəkir
Mətbəx
Bu gün, 11:00
Gürcü Mətbəxindən Yemək Resepti - Caşuşili VİDEO
Sağlamlıq
Bu gün, 10:08
Kələmdən Detoks Şorbası ilə Təmizlənmə
---
Bu gün, 09:30
Pendirlə Bişmiş Alma
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO