Sükutun Sədası: Mehriban Xanımın Qəlbindən Bir Baxış
Deyirlər, gözlər insanın aynasıdır. Bəzən bir baxış bir kitabdan daha çox danışar, bir sükut bir hekayədən daha təsirli olar. Hər dəfə körpələr evində Mehriban xanımın uşaqlara olan baxışında o qədər duyğu, o qədər şəfqət var ki... Sanki baxışları ilə qəlbindəki xeyirxahlığı, mərhəməti, təmiz niyyəti danışır.
İnsana adı yaraşar deyirlər. Ad qoyulanda gərək onun mənası da dərk edilə. Bilmirəm, “Mehriban” adı ona sədasına görəmi, yoxsa ilahi bir ilhamla qəlbinin aynasına uyğun olaraqmı verilib. Amma əminəm – o, adının ruhunu daşıyan nadir insanlardandır. Adı kimi özü də mehribandır – baxışıyla, davranışıyla, varlığıyla.
Bəzən düşünürəm... Görəsən, o da tək qaldığı anlarda nə düşünür? Övladlarını? Ailəsini? Yoxsa, bir xalqın yükünü çiynində hiss edən insanın susqunluğunda cəmiyyətin dərdləri ilə dolu düşüncələrmi dolaşır? Kim bilir, bəlkə bizim heç fərqinə varmadığımız acılar onun gecə yuxularına da kölgə salır.
Bəlkə bir dəfə biz də onun nə hiss etdiyini düşünək... Onun gördüyü işlərdən danışaq, onun da dərdlərinə boylanaq. Yox, biz adətən yalnız məktub yazırıq – yardım istəmək üçün, şikayət etmək üçün. Amma heç düşünürükmü ki, bəlkə o da anlayışa, bir təşəkkürə, bir dua qədərində xoş sözə ehtiyac duyur?
Mən də insanam. Hər zaman hər şeydən razı qalan biri deyiləm. Amma heç vaxt onun üstündə məni heç kəs incitməyib. Təhqirdən danışmıram, heç tənqidi belə sevmirəm. Mən də beləyəm. Və hər bir oxucunun fikir bildirməyə məcburiyyəti yoxdur.
Əminəm ki, hamımızın duası eynidir: Allah bu millətə hər zaman kömək olsun, bu xalqın ruhuna səbir, ürəyinə mərhəmət, yoluna nur bəxş etsin.
Prezidentimiz də, Mehriban xanım da – onlar da bu xalqın içindən, bizimlə bir yolun yolçusu, bir dərdin sahibidir.
Heç kimdən üstün, heç kimdən ayrı deyil, bir yurdun övladlarıyıq, bir millətin nəfəsiyik. Dərdimiz ortaqdır -bölüşdükcə yüngülləşər, sevincimiz isə paylaşdıqca böyüyər, çiçək açar. Bir ürək kimi döyünər bu xalq, bir can kimi yanar, və biz ancaq bir yerdə olarkən güclü olarıq,bir yerdə olanda vətən tamamlanar.
Dua edirəm ki, bu torpaqda yaşayan hər bir insanın taleyi rifahla, ürəyi əminliklə dolsun. Və biz bir yerdə, bir can kimi möhkəm qalaq, dağ kimi dayanaq.
My First Vice President

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq