Baş Prokurorluq qanunsuz ağac kəsilməsi faktları üzrə cinayət işi açıb
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Qusar, Astara, Lerik rayonları, Gəncə və Mingəçevir şəhərlərində qanunsuz ağac kəsilməsi faktları üzrə araşdırmalar aparılıb.
Araşdırmalar nəticəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi müəyyən olunub. Bununla bağlı təbiətə 108 min manatdan artıq maddi ziyan vurulduğu aşkarlanıb. Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 259.1 və 259.4-cü maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Araşdırmalar zamanı həmçinin qeyd edilən ərazilərdə yaşıllıq zonalarının mühafizəsi qaydalarının pozulduğu müəyyən edilib. Əldə olunmuş sübutlar əsasında aidiyyəti qurumlara təbiətə dəyən ziyanın ödənilməsi və ərazilərin bərpası ilə bağlı müvafiq tövsiyələr verilib.
Baş Prokurorluq mətbuata bildirib ki, ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq