Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) 26-cı ildönümünü qeyd edir
30 aprel 1999-cu ildə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ), bu gün 26-cı ildönümünü qeyd edir
Birinci Qarabağ müharibəsinin təcrübəli zabit və gizirlərinin iştirakı ilə formalaşdırılan bu elit hərbi birləşmə, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə qurulub. XTQ, antiterror, kəşfiyyat və qeyri-ənənəvi müharibə əməliyyatlarında ixtisaslaşıb.
2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Vətən müharibəsində XTQ-nin göstərdiyi qəhrəmanlıq, xüsusilə Şuşanın azad olunmasında oynadığı rol, hərb tariximizdə əlamətdar hadisələrdəndir. Bu uğurlarına görə, XTQ-nin 32 üzvü “Vətən Müharibəsi Qəhrəmanı” medalı, 2 nəfər “Zəfər” ordeni, 57 nəfər isə “Qarabağ” ordeni ilə təltif olunub.
General-leytenant Hikmət Mirzəyevin rəhbərlik etdiyi XTQ, müasir silah və texnika ilə təchiz olunaraq, Azərbaycanın hərbi gücünün əsas dayaqlarından biri olaraq fəaliyyətini davam etdirir.
Bu əlamətdar gündə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən XTQ şəhidlərini ehtiramla yad edir, onların ailələrinə səbr diləyirik.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq