ATU-da dövlət imtahanları ləğv olundu, yeni buraxılış modeli tətbiq edilir 📚🎓
Azərbaycan Tibb Universitetində (ATU) 2025-ci il üzrə buraxılış imtahanlarında yeni format tətbiq olunacaq. İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələrinin tələbələri üçün dövlət buraxılış imtahanları ləğv edilib.
Gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də bu dəyişiklikdən faydalanacaqlar.

Yeni formatda imtahanlar 100 ballıq sistemlə qiymətləndiriləcək: 50 bal obyektiv strukturlaşdırılmış klinik imtahan (OSKİ), 50 bal isə iki mərhələdən ibarət şifahi imtahan (nəzəri və praktik hissə) üzrə veriləcək. Bu yanaşma tələbələrin bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə imkan yaradacaq.
Təhsil üzrə ekspert Nadir İsrafilov bu dəyişiklikləri müsbət qiymətləndirərək bildirib ki, təhsilin yenilənməsi dövrün tələblərinə uyğun olmalıdır. O, qeyd edib ki, dövlət attestasiyası bütün təhsilalanlar üçün vacibdir və tələbələrin nailiyyətləri yüksək səviyyədə dəyərləndirilməlidir.
Bu dəyişikliklər təhsilin keyfiyyətinin artırılmasına və tələbələrin praktiki biliklərinin daha səmərəli qiymətləndirilməsinə xidmət edir.
✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq