Məktəblilərarası Milli Hakaton – 2025, Gələcəyin İT mütəxəssisləri yetişir
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin əyani mərhələsi 22-25 aprel tarixlərində davam edir.
Mart ayında keçirilən ilkin mərhələdə 300 mindən çox şagird iştirak edib. Onlardan 15 minə yaxın yüksək nəticə göstərən şagird hazırda əyani mərhələdə bilik və bacarıqlarını sınayır.
Əyani mərhələ, təhlükəsizlik və şəffaflıq prinsiplərinə əsaslanaraq, rəqəmsal avadanlıqlarla təchiz olunmuş mərkəzlərdə, mərkəzləşdirilmiş qaydada və elektron sistem üzərindən həyata keçirilir. Bu yanaşma, təhsil alanların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə şərait yaradır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilufər Rəhimova bildirib ki, müsabiqə zamanı şagirdlər arasında proqramlaşdırma sahəsinə böyük maraq müşahidə olunur. Onlar bu layihəni maraqlı və gələcək İT karyeraları üçün əhəmiyyətli bir addım kimi qiymətləndirirlər.
Müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində biliklərini artırmaq və İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
“Azərbaycan Könüllülük Həftəsi 2025”in başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib – FOTOLAR
Mətbəx
Dünən, 13:00
Şirniyyata olan həvəsi azaldan QİDALAR
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Hər Gün Bir Az Daha Yaxşı Ola Bilərik
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi