ANAMA və Məşğulluq Agentliyindən birgə təlim təşəbbüsü 💼🎓💣
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə vətəndaşların məşğulluğunu artırmaq və regionun sosial-iqtisadi inkişafına dəstək vermək məqsədilə birgə təlim və peşə kursları təşkil edib.

Bu təşəbbüs çərçivəsində, ANAMA tərəfindən "Humanitar Minatəmizləmə" və "Döyüş Sahəsinin Təmizlənməsi" mövzularında nəzəri və praktiki təlimlər keçirilib. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyi tərəfindən "Həyat Fəaliyyətinin Təhlükəsizliyi Mühəndisliyi" üzrə hazırlıq kursları təşkil olunub. Təlimlərdə iştirak edən müdavimlərə ilkin yardım, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması və texniki təhlükəsizlik qaydaları kimi biliklər öyrədilib.

Qubadlı mobil bazasında təşkil olunan bu təlim və kursları uğurla tamamlayan 137 şəxsə Qarabağ Peşə Hazırlığı Mərkəzinin Bərdə şəhərində yerləşən inzibati binasında keçirilən tədbirdə sertifikatlar təqdim edilib.

Bu əməkdaşlıq, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və vətəndaşların peşə bacarıqlarının artırılması istiqamətində mühüm addım hesab olunur.
✍️ "Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq