Azərbaycan təcrübəsi Özbəkistanda: Daşkənddə yeni STEAM Mərkəzi açıldı
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə yeni yaradılmış STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.

Abdulla Avloni adına Milli Pedaqoji Ustalıq İnstitutunda Azərbaycan təcrübəsi əsasında yaradılmış STEAM Mərkəzinin açılışında çıxış edən nazir müavini Özbəkistan ilə bu istiqamətdə birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova da çıxış edərək STEAM sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin və ortaq təşəbbüslərin gerçəkləşdirilməsinin hər iki ölkənin təhsil sistemləri üçün faydalı olacağını qeyd edib.

Qeyd edilib ki, ümumilikdə 9 laboratoriya, görüş otaqları və inzibati ofislərdən ibarət olan Mərkəzdəki mövcud şərait təhsildə müasir imkanların və innovasiyaların tətbiqi baxımından mühüm rol oynayacaq. Bu vasitələrlə məktəbəqədər və ibtidai sinif şagirdlərinin yaradıcı düşünmə bacarıqları layihə əsaslı öyrənmə qurğuları vasitəsilə inkişaf etdiriləcək.

"Ulusum". az xəbər verir ki, səfər çərçivəsində nazir müavini Daşkənddə yerləşən Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutuna da baş çəkib, buradakı ekspozisiyalar və memorial muzeylə tanış olub, həmçinin institutun kitabxanasını və tədris laboratoriyalarını ziyarət edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 13:30
Uzunömürlülüyün sirri nədir?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq