Tədqiqatçı Şəmsəddin Küzəçi

Tədqiqatçı Şəmsəddin Küzəçi
Tədqiqatçı, yazıçı-jurnalist, şair Şəmsəddin Küzəçi 1965-ci ildə Kərkükdə doğulub. 1989-cu ildə Musul Universitetini bitirdikdən sonra 17 il Kərkük liseylərinin birində müəllim işləyib. Kərkük Televiziyasında, Bağdad Türkman Radiosunda gənclik və idman mövzusunda verilişlər hazırlayıb aparıcılıq etmişdir (1992-2005). Yazılarını Bağdadda türkcə nəşr olunan “Yurd” qəzeti, Qardaşlıq və Birlik Səsi jurnalında dərc etmişdir. 1993-cü ildə İraq rejimi tərəfindən həbs olunmuşdur. Bir müddət Tikrit həbsxanasında qaldıqdan sonra azad edilmişdir. 1996-cı ildə siyasi səbəblərə görə İraqı tərk edərək Türkiyəyə yerləşmişdir. 1999-cu ildə İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçiliyində Mətbuat və Xəbər şöbə müdiri olaraq çalışmışdır (1999-2003). “Kərkük” qəzetinin Türkiyə təmsilçisi, Türkmaneli TV-də müxbir, aparıcı və xəbər bölməsinin rəhbəri olmuşdur (2005-2009). 2008-ci ildə Qazi Universitetinin Jurnalistika fakültəsində “Radio və Kino” bölümündə magistr təhsilini almış və “İraq mətbuat tarixi” mövzusunda dissertasiya müdafiə etmişdir. 2010-cu ildə Hollandiyada Qlobal Lahey Universitetində “İraq Televiziyaları” mövzusunda doktorantura dissertasiyası müdafiə etmişdir.

Türkmaneli Vəqfi Mədəniyyət Mərkəzinin mədəniyyət direktoru (2009- 2019). Media və Türkman mütəxəssisi olaraq Ortadoğu tədqiqat mərkəzində ORSAM’da çalışmışdır (2019-2020). O, hal-hazırda “Kərkük” qəzetinin baş redaktoru, Türkiyə təmsilçisi və Türkmaneli Vəqfinin Mətbuat müşaviridir. Rəhbərliyini etdiyi və üzvü olduğu qurumlar bunlardır:
-Azərbaycan, İraq, Türkiyə, Yazıçılar Birliklərinin üzvü.
-İLESAM,Ərəb və Avrasiya Yazarlar Birliklərinin üzvü.
-Dünya Gənc Türk Yazarlar Birliyi (Azərbaycan).
- İraq Türkman Ədəbiyyatçılar Birliyi Beynəlxalq koordinator.
- Kərkükde İşıq Ədəbiyyatçılar qrupunun qurucu üzvü və rəhbəri.
-Kərkük Mədəniyyət Dərnəyinin qurucusu və sədri.
-Dünya Jurnalistlər Federasiyası qurucu üzvü.
-İraq Türkman Jurnalistlər Cəmiyyəti qurucusu və sədri.
-Dünya İlətişimçilər Dərnəyi qurucusu və sədri.
-Türkiyə Yazıçılar Bir. Ankara Şb. idarə həyətinin üzvü.
-Türk Ağsaqqalları Birliyi. İdarə həyətinin üzvü.
-Azərbaycan Jurnalistlər Birliyi. Cəmiyyəti üzvü.
-Türk Dünyası Yazarlar Birliyinin sədri müavini Türkiyə.
Dr.Şəmsəddin Küzəçi İraq Türklərini Türkiyə, Türk dünyası və Avropada beynəlxalq fəaliyyətlərində gerçəkləşən onlarla konfrans, qurultay, konqres, elmi tədbir və yığıncaqlarda təmsil etmişdir. 500-ə yaxın beynəlxalq xidmət, təqdir, təşəkkür, fəxri-fərman və mükafatlar almışdır.
2006-cı ildə İraq, Azərbaycan və Türkiyə ilə əlaqədar gördüyü elmi və ədəbi işlərinə görə Azərbaycanda “VECTOR” Beynəlxalq elm mərkəzi tərəfindən “Fəxri Doktor” adı verilmişdir. O,2022-ci ildə türk dünyasınına araştırmaları üzrə Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Professoru” diplomunu alıb. Nəşr olunmuş 80-ə yaxın əsəri vardır. Əsərləri, Azərbaycan, Rus, Ərəb, İngilis və digər Türk dili və ləhcələrine tərcümə edilmişdir. Ayrıca İraq türkmanları ilə Azərbaycan arasında elmi və ədəbi əlaqələrə verdiyi töhfələrə görə Şəmsəddin Kuzəçi AMEA Ədəbiyyat İnstitutu tərəfindən 23 oktyabr 2023-cü ildə “Fəxri doktor” diplomuna layiq görülür. Şəmsəddin Küzəçinin nəşr olunmuş əsərlərindən bazıları; “Kərkük Soyqırımları, İraq Mətbuat Tarixi, İçimizdə Kərkük, Türkmaneli Ədəbiyyatı, Kərkük Şairləri, Təlafər Şairləri, Solmayan Papatyalar, Kərkük Milli Sənətçisi Əbdülvahit Kuzeci, Kərkükün Milli Şairi Mehmed İzzəd Xəttat, Novruz Çiçəkləri (Türk Dünyası Qadın Şairləri)” Kərkük sevdalısı Qəzənfər Paşayev, Kərkükdən Azərbaycana, Rəsul Rzanın “uzaq əllərin yaxın töhfələri”, Azərbaycan məqalələrim, kitablarını göstərmək olar.


Tədqiqatçı Şəmsəddin Küzəçi


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: