Edamdan qurtuluşum (günahım Türk olmaqdır)
30 il öncə yaşanmış hekayəm...
Əslində, İraqı heç tərk etmək istəməzdim. Orada qalıb mübarizə apararaq, millətimə və vətənimə xidmət etmək arzusundaydım. Ancaq siyasi gedişatlar düşündüklərimin əksinə oldu. Yaşadığım sıxıntılı və acı günlər müqavimətimi olduqca zərifləşdirdi... Orta məktəbdəykən milli mücadiləni mənə və həmyaşıdım olan türkmən gənclərinə öyrədən və sevdirən musiqi müəllimim şəhid Məhməd Qorxmazı, tanıdıqdan sonra özümü həqiqətən milliyyətçi və vətənsevər bir gənc kimi hiss etməyə başladım. Milli duyğularım gündən – günə böyüyüb boy atmaqdaydı. Hər musiqi dərsində udu ilə bizə Türkmən və Türk milli marşlarını və manilərini çalıb öyrədən Qorxmaz bizim bu marşları əzbərləmə həvəsimizi artıraraq milli düşüncələrimizin də üfüqünü genişlətmişdir. Dağ başını duman almış, gümuş dərə durmaz, axar,
Günəş üfüqdən indi doğar, addımlayaq, dostlar,
Səsimizi yer, göy, su dinləsin, sərt addımlarla
hər yer inləsin.
***
And olsun, mavi asımanım, sənə and olsun,
Vətənimçün çalışaram, ya ölərəm, ya qalaram,
Xidmət etməkçün sənə.
***
Biz türkmənik, türkmənik,
Şanlıyıq, qəhrəmanıq...
Könlü təmiz insanıq,
Biz türkmənik, türkmənik.
Biz, biz, biz türkmənik,
Şanlıyıq, qəhrəmanıq, biz türkmənik.
Bu marşları, demək olar ki, bütün şagirdlər həvəslə əzbərləmişdilər. Və hər gün, hər münasibətlə, xüsusilə də cümə axşamı günləri Bayrağa sayğı mərasimində bu marşları oxuyub Türkün nə qədər uca və öndər olduğunu iliklərimizədək hiss edərdik…
Duyğularımızın uzun sürə bilmədiyini öyrənəndən milli duyğularımız daha da min qat artdı. 1970-ci illərdə türkməncə təhsil aldığımız məktəblərimizin öncə təhsili, daha sonra adları türkməncədən ərəbcəyə dəyişdirildi... Bunun ardınca müəllimlərimiz bir-bir sorğuya çəkildilər və işgəncə görərək edama məhkum oldular... İraq İnqilab Komitəsi Şurasının çıxardığı 89 nömrəli 24 yanvar 1970-ci il tarixli qərarının türkmənlərə verilən Mədəni haqlarının əsl üzü gün işığına çıxdı. Bu hadisələr istər-istəməz fərqli bir duyğu yaratdı... Hələ bizim Kərkükün xoyratları, musiqisi, mədəniyyəti və sənəti ilə birləşərək Türk olduğumu daha fərqli duyğularla yaşamağıma səbəb oldu.
1970-ci illərdən 1993-cü ilə qədər gördüklərim, yaşadıqlarım və çəkdiklərim hər nə qədər acı və insanlıqdan kənar olsa da, 1993-cü ildəki İraq idarəçiliyi tərəfindən bir türkmən gənci, şairi olaraq həbs olunmağım səbrimin son həddi oldu.
Edama gedən yol
1993-cü ilin sentyabrında mən və universitet yoldaşlarım ailələrimizlə birlikdə Kərkükün bir Türkmən əyaləti olan Tuzhurmatuya, unuiversitet illərində mübarizə yoldaşım Yaşar Əhməd Qaibin toyuna getdik. Duyğularımı şeirlə ifadə etmək üçün dava və şair yoldaşım Fevzi Əkrəm Tərzioğlu tərəfindən kürsüyə dəvət edildim. Təbrik sözlərindən sonra duyğularıma hakim olmayaraq bir neçə xoyrat və şeir oxudum:
Kərküküm, mərd Kərküküm,
Milləti sərt Kərküküm,
İçinə yadlar girib,
Çəkiri dərd Kərküküm.
Kərküklüyəm, siz bilin,
Kəsərəm düşmən dilin,
Neft töküb yandırsalar,
Tərk etməm türkmən dilin.
Qul qaçdı, qazı qaldı,
Yazılmış yazı qaldı,
Əl qaldırın Allaha,
Zalımın azı qaldı.
Şeirləri oxuduqdan sonra həyat yoldaşım və o vaxt 3 yaşında olan qızım Aybənizin yanında əyləşdim. Bir neçə dəqiqə sonra polis dəstələri toy məclisini silahlarla mühasirəyə aldılar. Musiqi dəstəsini susduraraq ən son şeir oxuyanın kim olduğunu soruşdular... Anormal bir vəziyyət olduğunu anladım. Heç bir şeydən xəbəri olmayan, incə səsiylə səslənib, “Ata, nə oldu?”- soruşan qızımı qucağımdan yerə qoydum və “Mən idim”, - dedim. Məni, bəyi və musiqi dəstəsinin bütün üzvlərini səs lentiylə birlikdə götürüb Tuzhurmatu Əyalət polis idarəsinə apardılar. Bir müddət sonra bəyi və musiqiçiləri buraxdılar. Təkbaşıma qaldım və məni sorğuya çəkməyə başaldılar...
Gözlərimi və əllərimi bağladılar. Amma ABŞ-lılar kimi başıma torba keçirtmədilər. Oxuduğum şeirləri səs lentindən mənə dinlədib tərcümə etməyimi və şeirlərin izahını istədilər. Tərcümə edərək şeirləri izah edəndə polis məmurunun yanındakı öz adamları olan bir nəfər vardı ki, hər xoyrata başqa-başqa izahlar, mənalar verirdi. Şeirlərimin Səddam idarəçiliyinə qarşı olduğunu ifadə edirdi...
Həbsxana günləri
Hər nə qədər jurnalist, İraq Ədəbiyyatçılar və Yazıçılar Birliyinin üzvü, Kərkük televiziyasında aparıcı olduğumu söyləsəm də, bu heç nəyi dəyişdirmədi. İşgəncə, acı və nifrət dolu təhqirlərlə ertəsi gün Səddamın Qalası Tikrit Polis İdarəsinə göndərildim. Orada yeni bir matəmin başlanğıcı olduğunu anladım. Həyat ortağımı və 3 yaşındakı qızım Aybənizi xatırladım... Daha sonra Türkmən davası uğrunda şəhid olan Necdət Qoçaq, Abdullah Abdürrəhman, Rza Dəmirçi və Adil Şərifi kimi bir çox türkmənlərin dramı film kimi gözlərimin önündən keçdi...
“Bağladılar, qolumu,
İtirdim sağ-solumu,
Gözləməyin yolumu,
Tək günahım türk olmaq”,
- dedim. Tikrit həbsxanasındakılar da məndən az dərdli deyildilər. Hər biri fərqli təqsirlərlə cürbəcür işgəncələrə tabe edilmişdilər. Mən isə yeni olduğum üçün heç bir şeydən xəbərim yox kimi davransam da, polis idarəsindəki işgəncələr mənim də növbəmin gəlib çatdığının işarələriydi. Gözətçilər gələrkən hər qapı açılanda bədənim başdan-ayağa titrəməyə başlayardı. Hələ adım oxunanda bütün həyat yolum film kimi gözlərimin qarşısından gəlib keçirdi... “Allah, Allah” kəlməsi isə “Şəhadət” dilimdən düşməzdi. Gecələr isə elə yuxular, elə kabuslar, daha nələr, nələr...
Bir dəfə qapılar açıldı. Gözətçi “Şəmsəddin Saleh Xıdır” (əslində, İraqda soyad istifadə olunmaz. Üç adla qeyd olunar), - dedi, “bəli”, - dedim. “Çıx çölə, bizimlə gəl”, - dedilər. Gözlərimi bağladılar. Uzun bir dəhlizdən keçərək 39 addım pilləkənlə bir mərtəbə aşağı endik. Qapının qarşısında gözlərimi açdılar. İçəri girdim. Qarşımda əllərində cinayət işim olan 3 nəfər oturmuşdu. “Şəmsəddin sənsinmi?” - soruşdular. “Bəli”, - dedim. “Hansı təşkilatdansan, Şimali İraqda kimlərlə əlaqən var, Tuzhurmatuya kimlər tərəfindən göndərildin, Tuzhurmatu xalqına verdiyin mesajda nə demək istəyirdin. Son şeirində nələrə açıq-aydın işarə edirdin... Bu suallara yalan söyləmədən, doğru cavab versəniz, sizə yardım edərik. Ən azından, edam olunmaqdansa, bir neçə il həbsdə yatıb çıxarsınız. Əgər yalan söyləsəniz, başınız gedəcək. Onsuz da əlimizdə səs yazısı qeydi var, o da sənin əleyhinə qəti bir dəlildir”.
Sualları qurtaranda Allahın hikmətiylə, məntiqli və mənalı kəlmələrlə cavabımı verdim. Və onlara dedim ki, “Sizin ərəb şairlərinizin şeirlərində “zalım”, “qəddar” və s. kəlmələr yoxdurmu? Onda onlar da Səddamı və rejimi nəzərdə tuturlar. Onları niyə sorğuya çəkmirsiniz?” O vaxtlar ərəb müğənnisi Heysəm Yusifin “ Ey zalım” mahnısı hər iraqlının könlündə taxt qurmuşdu. Bunu söyləyəndə üçü də bir-birinə baxaraq “ çıx çölə”, - dedilər. Gözüm bağlandı və başqa bir otağa apardılar. Orada gözümü açıb elektrik naqillərini göstərdilər və əllərim bağlanaraq bir neçə dəfə çarpıldım...
Bir gün də bir nəfər mənə yaxınlaşıb, “təqsirin nədir” soruşarkən üzümü hələ çevirmədən gözətçilər bizə o qədər işgəncə verdilər ki, üç gün böyrü üstə yatdım.. Ondan sonra Allaha yalvardım: “ Ey Rəbbim, məni buradan təkcə sən qurtara bilərsən.
Əgər burada qalmağımı istəyirsənsə, məni təkbaşıma bir otağa qoysunlar, başqaları üzündən işgəncə görmək istəmirəm..” - duasını etdim. Ancaq məni koğuşdan çıxarıb 3 nəfərlik bir otağa qoydular. Orada da çəkdiklərimi bir mən, bir də Allahım bilir...
Mən həbsdəykən həyat yoldaşımın qulağına çatan sözlər də heç könül ovunduran deyildi. “Əri edam edildi, zavallının xəbəri belə yoxdur”,- məktəbə gedərkən üzünə qarşı belə söyləyənlər oldu, “ Bir baxın, 3 yaşında uşağı yetim qaldı”. Və və...
Həbsxanada gördüklərim hələ bir an olsa da fikrimdən çıxmır. Mənimlə həbsxanada olan orda tanış olduğum Səid adlı bir türkmən vardı. Kərkük TV-dən Bələd/Tikrit Radiosuna sürgün edilən bir televiziya işçisiydi. O da İraqın o dövrki lideri Səddamın böyük oğlu Udaya aid olan Bələd radiosunu partlatmaqdan müqəssir sayılmışdı. Əslində, günahsız olduğunu mənə açıb söylədi. Süleymaniyyədə doğulmuş bir kürd tərəfindən Bələd radiosunun partladıldığını söylədi. Və partlama hadisəsi onunla növbə dəyişdirdikdən sonra olduğu üçün cinayətin bir hissəsindən də türkmən qardaşımı müqəssir bilmişdilər.
Bir müddət sonra məni sevənlər, xüsusilə də Tuzhurmatu xalqı, oradakı Qaymaqamı və Ordu birliklərindən məsul yarbayı hərəkətə gətirdilər və Polis İdarəsinə basqın etdilər. Ancaq o, məsələni çoxdan Tikritə həvalə etmişdi. Kərkük və Bağdaddakı türkmən dostlarımın təşəbbüsü ilə həbsdən azad edildim. Təxminən 2 il boyunca hərəkətlərim İraq Təhlükəsizlik və polis işçiləri tərəfindən izlənildi. Ancaq yeznəm iş adamı rəhmətlik Sami Yusif Tütünçü bir çox sıxıntını pulla həll etdi. Ancaq hər şey pulla deyildir...
Bu günə qədər öz-özümə inana bilmirəm. O zindandan necə qurtuldum. Çünki mənim təqsirləndirildiyim günahlarla müqəssir sayılan heç kəsin qurtulduğunu görmədim və görsəm də, inanmaram... Demək ki, Rəbbim belə yazmış yazımı...
Bu hadisə ailəmi ciddi bir şəkildə sarsıtdı və dərindən təsir etdi. Ailəcə doğulduğumuz, böyüdüyümüz və gözyaşlarımızla hər küncündə xatirələrimiz qalan Kərkükü tərk etmək qərarına gəldik. 1994-cü ildən başlayaraq 1996-ci ilədək ailəmiz tamamilə Kərkükü tərk etdi. Təbii ki, ən son tərk edən mən və həyat yoldaşım oldu... 1996-cı ildən bəri ailəmlə birlikdə ana vətən Türkiyədə yerləşdik. Ancaq Türkiyədəki həyat şərtləri, həyat mücadiləsi anam və başqa qardaşlarımın Avropaya köçmələrinə səbəb oldu...
Mən isə ana vətənin istəyinə görə orada qalıb milli mücadiləmi davam etməyi qərara aldım. Bax, bütün bu hadisələr İraqda türkmənlərə qarşı tətbiq edilən qorxutma, məhv etmə, soyqırım, assimilyasiya siyasətləri mənim daxildə və dərinliklərə qədər uzanan atəşimi daha alovlandıraraq ABŞ və İngiltərənin İraqda keçirdiyi sözdə “Azadlıq əməliyyatı” zamanı, 1998-ci ildən bəri üzərində çalışdığım “İrakda türkmən soyqırımları” mövzusunda tədqiqat kitabıma son şəklini verməyimə səbəb oldu. İraq türklüyümün yaşadıqları acıları və qorxutma siyasətlərini, yaşadığım real hadisələri bu şeirə köçürərək duyğu və düşüncələrimi ifadə etyməyə çalışdım.
Günahım Türk Olmaqdır
Gecəm, gündüzüm acı,
Vətən başımın tacı,
Dərdimin yox əlacı,
Tək günahım türk olmaq.
***
Azadlığa qatıldım,
Zindanlara atıldım,
Kölə kimi satıldım,
Tək günahım türk olmaq.
***
Bağladılar qolumu,
İtirdim sağ-solumu,
Gözləməyin yolumu,
Tək günahım türk olmaq.
***
Gur-gur səsim duyuldu,
Qara gözüm oyuldu,
Dərim belə soyuldu,
Tək günahım türk olmaq.
***
Qələmimi qırdılar,
Biləyimi burdular,
Dilimi susdurdular,
Tək günahım türk olmaq.
***
Diyar-diyar sürüldüm,
Sürgün olub görüldüm,
Dərd çəkməkdən yoruldum,
Tək günahım türk olmaq.
***
Yurdsuz, ocaqsız qaldım,
Türkün halına daldım,
Artıq candan usandım,
Tək günahım türk olmaq.
***
Torpağıma gedəməm,
Azadlıqsız edəməm,
İnsanlığa qıyamam,
Tək günahım türk olmaq.
***
Müqəddəs mücadiləm,
Yazsın bunu mərd qələm,
İçimi sarmış ələm,
Tək günahım türk olmaq.
***
Millət üçün can verdim,
Neçə qəhrəman verdim,
Şah damardan qan verdim,
Tək günahım türk olmaq.
***
Dar ağacda asıldım,
Qurban kimi kəsildim,
Körpü kimi basıldım,
Tək günahım türk olmaq.
Dr. Şəmsəddin Kuzəçi

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
22-04-2024, 12:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet
12-05-2024, 12:49
Yenə bu gün Atalay Mənzərin yarasına toxunmuşdu. Atalay auditoriyanın ən romantik gənci idi. Dərsdə bütün pr və tanıtım
23-05-2024, 17:30
Azərbaycanda 1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tanışı Aydanı (adlar şərti verilib – red.) intim
3-05-2024, 14:20
3 May - Türkçülük Günüdür.. Hələ 80 il bundan öncə qardaş Türkiyənin paytaxtı Ankarada baş vermiş ideoloji hadisələrdən
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Bu gün, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
İqtisadiyyat
Bu gün, 10:00
Bayden administrasiyası Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib
Hadisə
Bu gün, 09:54
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar