Bu gün, 09:07 0 Türk dünyası / Türkiyə

DAŞ ATILDI, AVTOMOBİLİNİ İNSANLARIN ÜSTÜNƏ SÜRDÜ

DAŞ ATILDI, AVTOMOBİLİNİ İNSANLARIN ÜSTÜNƏ SÜRDÜ
Daha sonra yol kənarında bir qrup şəxs avtomobilin ətrafını dövrəyə alaraq sürücüyə hücum edib. Onlardan biri yerdən daş götürüb avtomobilin şüşəsinə atıb.

Hadisə yerindən uzaqlaşan sürücü az sonra geri qayıdaraq avtomobili insanların üzərinə sürüb. Bu zaman kimliyi hələ müəyyənləşdirilməmiş bir nəfərə çırpılıb və yaxınlıqdakı digər avtomobilə də ziyan dəyib.

MAŞINDAN DÜŞƏN SÜRÜCÜ DÖYÜLÜB

DHA-nın ( Demirören Haber Ajansı) məlumatına görə, avtomobildən düşən sürücü hiddətlənmiş qrup tərəfindən döyülüb. Qəzəbli insanlar avtomobilə də ciddi ziyan vurublar.

HADİSƏ ANI KAMERADA

Dava anı ətrafdakı vətəndaşlar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Tibbi yardım briqadası avtomobilin vurduğu şəxsin vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Polis isə hadisə yerində toplaşan kütləyə müdaxilə edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: