Həddi-büluğa çatmayan qıza təcavüz edən kişiyə HÖKM OXUNDU
Gəncə Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətlərində təqsirləndirilən Qəşəm Məmmədovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.аz xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Qəşəm Məmmədov 2021-ci il iyun ayından başlayaraq 17 may 2024-cü il tarixədək olan müddətdə dəqiq məlum olmayan tarixlərdə qeyri rəsmi ər-arvad münasibətində olduğu qadının yaşadığı Bərdə rayonunda fərdi yaşayış evinin qonaq və yataq otağında 2009-cu il təvəllüdlü olmaqla 14 yaşına çatmayan, sonrakı dövrdə isə 16 yaşına çatmayan qıza hədə-qorxu gələrək zor tətbiq etmə hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Başqa şəxslərə xəbər verəcəyi təqdirdə özü və anasını öldürəcəyini bildirib.
Hadisədən sonra Qəşəm Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmədə azyaşlının öz istəyi ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu etiraf edib. Lakin zərərçəkmişə zor tətbiq etmədiyini söyləyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
