Dinlər silah deyil, dünyada birliyin körpüsü olmalıdır - Vatikan

Dünya gözəlliklərlə dolu olmasına baxmayaraq, dərin parçalanmalarla yaralanıb. Bəzən dinlər bizi birləşdirmək əvəzinə, qarşıdurma səbəbinə çevrilir.
Ulusum.az xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo oktyabr ayı üzrə yaydığı video-dua müraciətində dinlərin birləşdirici roluna diqqət çəkib.
O bildirib ki, dünya hər nə qədər gözəlliklərlə zəngin olsa da, dərin parçalanmalarla zədələnib və bəzən dinlər birləşdirmək əvəzinə qarşıdurma mənbəyinə çevrilir.
“Qoy dinlər silah və ya divarlar kimi istifadə olunmasın, əksinə, körpü və peyğəmbərlik mənbəyi olsunlar. Dinlər ümumi rifah arzusunu əlçatan etsinlər, həyatımıza yoldaşlıq etsinlər, ümidi yaşatsınlar və parçalanmış dünyada birliyin mayası olsunlar”, – deyə Papa qeyd edib.
O, dinlərdəki sülh, ədalət və qardaşlıq kimi dəyərlərin fərqliliklərə rəğmən birgə yaşamağın və əməkdaşlığın mümkün olduğunu sübut etdiyini vurğulayıb və müxtəlif dini ənənələrə mənsub insanları bu yolda ortaq dualarla birləşməyə çağırıb.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 12:46
Məktəbəhazırlıq qruplarında dərslər başladı
Gündəm
Bu gün, 12:30
Sabah taksi sürücüləri imtahan verəcək
Gündəm
Bu gün, 12:24
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - YENİLƏNƏCƏK
Gündəm
Bu gün, 12:12
Şəhidlər and yerimiz – Vətən sevgisi yolumuz!
Dünya
Bu gün, 12:09
Qırğızıstanda ölüm hökmü bərpa olunu bilər
Mətbəx
Bu gün, 12:00
Kartoflu Pirojki Resepti
Gündəm
Bu gün, 11:48
Baş Prokurorluq kibercinayətkarlığa qarşı beynəlxalq əməkdaşlıqda – Azərbaycan Qazaxıstanda təmsil olunub
Gündəm
Bu gün, 11:42
III MDB Oyunlarının təhlükəsizliyi üçün FHN aidiyyəti üzrə müvafiq tədbirlər görüb
Populyar Xəbərlər
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO