İsveçrə Gülnarə Kərimovanın 182 milyon dollarını geri qaytarır

İsveçrə və Özbəkistan, Mərkəzi Asiya ölkəsinin keçmiş mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya aid 182 milyon dollar məbləğindəki aktivlərin geri qaytarılması barədə razılığa gəliblər. “Ulusum”.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi öz Telegram kanalında məlumat verib. Sənədi Özbəkistanın ədliyyə naziri Akbar Toşqulov və ölkədəki İsveçrə səfiri Konstantin Obolenski imzalayıblar.
Ədliyyə Nazirliyinin məlumatında bildirilib ki, geri qaytarılacaq vəsaitlər "Özbəkistanın ayrı-ayrı vətəndaşları tərəfindən qanunsuz əldə olunmuş və 2012-ci ildə İsveçrə Baş Prokurorluğu tərəfindən Gülnarə Kərimovaya qarşı cinayət işi çərçivəsində tam müsadirə olunmuşdur."
Bu vəsaitlər Uzbekistan Vision 2030 adlı Çoxşaxəli Etibarlı Fond vasitəsilə ölkəyə qaytarılacaq. Oradan isə pulların Özbəkistanda sosial əhəmiyyətli layihələrə yönəldiləcəyi vəd edilib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO