Bu gün, 14:00 0 Şou-biznes / Türkiyə

Gonca Vuslateri’den taciz ifşası: “Ben de iki isim biliyorum” - FOTO

Gonca Vuslateri’den taciz ifşası: “Ben de iki isim biliyorum” - FOTO
Türkiyə sənət aləmi son günlər ard-arda üzə çıxan taciz və istismar iddiaları ilə gündəmi silkələyib. Bir-birinin ardınca məşhur adların qarışdığı ifşalar sosial mediada geniş müzakirələrə səbəb olur.

Son olaraq “Leyla” serialında rol alan aktrisa Gonca Vuslateri də mövzuya biganə qalmayıb. Sosial şəbəkə paylaşımında o yazıb:

“İfşaları oxuyursunuzmu? Şaşırdığım adlar var… Çox üzücüdür. Mən də bir-iki ad bilirəm, amma mağdur olmadığım üçün danışmaq etik olmaz.”


Onun bu sözləri sosial mediada birmənalı qarşılanmayıb: bəzi istifadəçilər “Sən də açıqlamalısan”, digərləri isə “Mağdur deyilsənsə, susmağın doğru deyil” şəklində reaksiya verib.

Taciz iddialarına başqa sənətçilər də qoşulub:

Gonca Vuslateri’den taciz ifşası: “Ben de iki isim biliyorum” - FOTO


Fotoqraf Dilan Bozyel 16 yaşında olarkən aktyor Mehmet Yılmazın silah zoruyla cinsi hücum cəhdi etdiyini irəli sürüb.

Aktrisa Doğa Lara Akkaya sosial media hesabında aktyor Tayanç Aydının özünü taciz etdiyini iddia edib.



Məşhur müğənni Aleyna Tilki isə bu mövzunun onun üçün çox həssas olduğunu bildirib:

“Səsini duyurmağa cəsarəti olanların da, hələ heç danışa bilməyənlərin də yanındayam. Ətrafımda oxşar şeylər yaşatmış biri varsa və mən bilmədən əlaqə qurmuşamsa, xahiş edirəm xəbərdar edin. Sizi görürəm, duyuram, anlayıram, hiss edirəm.”


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: