Bu gün, 16:00 0 Dünya

Şimali və Cənubi Koreya sərhədində növbəti insident

Şimali və Cənubi Koreya sərhədində növbəti insident
Təxminən 30 nəfər Şimali Koreya əsgəri hərbi demarkasiya xəttini keçərək Cənubi Koreya ərazisinə daxil olub. Hadisə ilə bağlı BMT Komandanlığı məlumat yayıb.

Açıqlamaya görə, Şimali Koreya əsgərləri sərhədin tikinti aparılan hissəsində xətti keçiblər. Cənubi Koreya ordusu dəfələrlə xəbərdarlıq etsə də, əsgərlər reaksiya verməyib.

Bundan sonra Cənubi Koreya Silahlı Qüvvələri onları şimal tərəfə geri dönməyə məcbur etmək üçün xüsusi ərazidə xəbərdarlıq atəşi açıb.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: