11-06-2025, 17:30 0 Şou-biznes

Hande Erçelin Paris dəbi: 447 min TL-lik kombin sosial şəbəkəni qarışdırdı - FOTO

Hande Erçelin Paris dəbi: 447 min TL-lik kombin sosial şəbəkəni qarışdırdı - FOTO
Məşhur aktrisa Hande Erçel sevgilisi Hakan Sabancı ilə birlikdə Parisdə keçirilən Roland-Garros tennis turnirinin final qarşılaşmasını tribunadan izləyib. Geyiminin qiyməti isə hər kəsi təəccübləndirib.

Moda seçimləri ilə tez-tez gündəmə gələn Erçel, bu dəfə istirahət fotoları ilə deyil, seçdiyi kombinin qiyməti ilə sosial şəbəkələrdə geniş rezonans doğurub.

PARİSDƏ TENNİS HƏYƏCANI

Hande Erçelin Paris səfəri, dəbdəbəli istirahət turlarından sonra baş tutub. Aktrisa dünyanın ən nüfuzlu tennis turnirlərindən biri olan Roland-Garros-un finalında iştirak edib. Sevgilisi Hakan Sabancı ilə tribunadan izlədiyi oyunun görüntülərini sosial media hesabında da paylaşıb. Onun həm idman, həm də moda dünyasını birləşdirən tərzi diqqət çəkib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ GÜNDƏM OLDU

Final qarşılaşmasını yerində izləyən Hande Erçelin seçdiyi kombin sosial media istifadəçilərinin müzakirə mövzusuna çevrilib. Onun idman-şıq üslubu bəyənilsə də, kombinin qiyməti bir çoxunun marağına səbəb olub.

Hande Erçelin Paris dəbi: 447 min TL-lik kombin sosial şəbəkəni qarışdırdı - FOTO


KOMBİNİN DƏYƏRİ AÇIQLANDI

Hande Erçelin turnirdə geyindiyi libasların ümumi dəyərinin 9 min 969 avro, yəni təxminən 447 min türk lirəsi olduğu məlum olub. Lüks moda markalarına aid parçaların yer aldığı bu seçim sosial mediada geniş müzakirə yaradıb.

İSTİFADƏÇİLƏRDƏN QİYMƏTƏ ETİRAZ

Sözügedən geyimin qiyməti sosial media istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Bəzi şərhlərdə belə deyilib: “Minimum əməkhaqqı ilə yaşayanlar bəyənməz”, “Qadının işi-gücü geyinib poza verməkdir”, “Həmişə ya istirahətdədir, ya da dəbdəbə içində – qəribə həyat”.



Bu paylaşımlar bir daha göstərdi ki, məşhurların həyat tərzi cəmiyyətdə necə əks-səda doğurur.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: