Bu gün, 09:10 0 Şou-biznes

"Avroviziya 2025"in qalibi Avstriyanı təmsil edən JJ oldu - VİDEO

"Avroviziya 2025"in qalibi Avstriyanı təmsil edən JJ oldu - VİDEO
İsveçrənin Bazel şəhərində keçirilən "Avroviziya 2025" musiqi müsabiqəsinin qalibi Avstriya nümayəndəsi Yohannes Pitsch, səhnə adı ilə JJ, olub. O, "Wasted Love" adlı mahnı ilə 436 xal toplayaraq birinci yeri tutub.

İkinci yerdə İsrail nümayəndəsi Yuval Rafael “New Day Will Rise” mahnısı ilə qərarlaşıb. Üçüncü yerin sahibi isə Estoniyalı ifaçı Tommi Kəş və onun "Espresso Macchiato" adlı mahnısı olub.

JJ Vyanada doğulub, anası filippinli, atası avstriyalıdır. Musiqi təhsilini Vyana Musiqi və Sənət Universitetində alıb və Vyana Dövlət Operasında da çalışıb. Onun ifa üslubu operanı və pop janrını birləşdirən müasir tərzdədir. O, soprano səviyyəsində nadir vokal diapazonuna malikdir.

Bu ilki Avroviziya müsabiqəsi İsveçrədə keçirildi, çünki keçən il Nemo ölkəsinə qalibiyyət qazandırmışdı. Bu, İsveçrənin tarixdə üçüncü dəfə Avroviziyaya ev sahibliyi etməsi deməkdir.



✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: