Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

Zaur Kərimli musiqi sahəsində böyük təcrübəyə malik bir sənətçidir. Onun özünə aid "Gecəni Silən", "Sən məndən uzaq", "Geri dönmə", "Necədi halın", "Aşiq", "Olmayaydı kaş" və "Baldı gözəl" kimi hit mahnıları var. Zaur, həmçinin "Retro Konsertlər" layihəsini həyata keçirərək, musiqi sahəsində yeni bir addım atmış və bu layihəni böyütməyi hədəfləyib.
Musiqi təhsilini 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alan Zaur, burada Yalçın Rzazadə, İlqar Muradov, Teymur Əmrah və Cavan Zeynallı kimi tanınmış müəllimlərdən dərs alıb. O, həmçinin Respublika səviyyəsindəki "Hünər Vətənpərvərlik" mahnı müsabiqəsinin qalibi olub və universitetlər arası vokal yarışmasında da uğur qazanıb.
Zaur Kərimli, retro musiqi konsertləri ilə sənət dünyasında özünə yer edərək, həm yerli, həm də beynəlxalq səhnələrdə məşhurlaşmağa davam edir.
Zaur Kərimli, bildiyim qədərilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində vokal sahəsində mükəmməl təhsil almısınız. Deyə bilərsinizmi, universitet illərində aldığınız təhsil ilə kifayətlənmisiniz, yoxsa hansısa tanınmış mütəxəssislərdən dərs almısınız?
Mən təhsilimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışam. Universitet illərimdə, öz təhsilimi daha peşəkar şəkildə dinləyicilərimə çatdırmaq üçün çox tanınmış mütəxəssislərin təcrübələrinə yiyələnməyə çalışmışam. Həmin dövrdə Yalçın Rzazadə, İlqar Muradov, Teymur Əmrah və Cavan Zeynallı kimi ustadlardan ixtisas dərsləri almışam. Bu dəyərli təcrübələr mənə musiqi sahəsində dərindən bilik və yüksək texniki bacarıqlar qazandırmışdır.
İndiyə qədər hər hansı bir müsabiqədə uğurunuz olubmu?
Vokal sahəsində özümə güvəndiyim üçün bir neçə nüfuzlu respublika səviyyəli müsabiqələrdə qalib olmuşam. Qazandığım əhəmiyyətli müsabiqələrdən biri "Hünər vətənpərvərlik mahnı müsabiqəsi"ndəki qalibiyyətimdir. Bu mükafat mənim yalnız musiqi istedadımı deyil, həm də Vətənimə olan dərin sevgimi və vətənpərvərlik ruhumu əks etdirir. Bundan başqa, "Universitetlərarası Vokal Yarışması"nda respublika üzrə qaliblərdən biri olaraq, öz vokal bacarıqlarımı bir daha nümayiş etdirmişəm.

Musiqi və gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
Gələcək planım vokal sənətimi daha da inkişaf etdirərək, müxtəlif səhnələrdə, festivallarda və konsertlərdə çıxış etməyi və həm yerli, həm də beynəlxalq aləmdə tanınan bir sənətçi olmağı hədəfləyirəm. Məqsədim Azərbaycan mədəniyyətini və musiqi irsini qorumaq, musiqinin mənə verdiyi ilham və ehtirası, həmçinin qazandığım təcrübələri gələcək gənc nəslə çatdırmaqdır. Onları musiqi sənətinə təşviq etmək və mədəni irsimizi daha geniş auditoriyaya tanıtmaq istəyirəm.
Sizi dinlədikcə musiqi yolunda usanmadan daima inkişaf etməyə, zəngin təcrübəniz və musiqiyə olan ehtirasınızla yüksək səviyyəli sənətinizlə gələcəkdə daha böyük nailiyyətlər qazanacağınıza inanıram. Həm sənət, həm də insanlıq sahəsində böyük uğurlar arzulayıram sizə. Uğurlarınız bol olsun!
Rəxşəndə İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 13:30
Estrogenlər – Dərinin, saçın və əhvalın qəhrəmanı
Hadisə
Bu gün, 13:11
Jurnalist Pənah Rüstəm vəfat edib
Siyasət
Bu gün, 11:35
Milli Məclisin iclası başlayıb
Cəmiyyət
Bu gün, 11:28
Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb
Dünya
Bu gün, 11:00
Papanın ölümünün rəsmi səbəbi açıqlanıb - FOTO
Hadisə
Bu gün, 10:56
DİN: Bank kartlarından 31 min manat oğurlanıb
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Azərbaycan Konsaltinqlər Assosiasiyası: Xidmət Sektorunun Yeni Nəfəsi - FOTO
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!