Onurğa yırtığı necə yaranır?
Onurğa yırtığı nədir, hansı simptomlarla özünü göstərə bilər, necə diaqnoz qoyulur və müalicə olunur? Bu haqda “Gazeta.Ru”ya “SberZdorovye” tibbi şirkətinin nevroloqu Maksim Pankov danışıb.
Onurğa yırtığı necə yaranır?
Həkimin sözlərinə görə, fəqərə sümükləri arasında yerləşən disklər “amortizator” rolunu oynayır. Onlar tullantı, qaçış və ya qəfil hərəkətlər zamanı yükü yumşaldır, fəqərələri zədələnmədən qoruyur. Disklərin içi yumşaq, kənarı isə möhkəm qişa ilə örtülüdür. Yırtığın yaranma prosesi diskdə aşınma və ya zədələnmədən başlayır. Daha sonra diskin daxili hissəsi zəifləyən kənar təbəqəyə təzyiq edir və o cırıldıqda içlik bayıra çıxaraq yırtıq əmələ gətirir.
Risk faktorları:
genetik meyillilik,
yaş (disklər zamanla elastikliyini və rütubətini itirir),
bel travmaları,
uzun müddət oturaq həyat tərzi,
artıq çəki (onurğaya əlavə yük yaradır),
əyilmiş vəziyyətdə qəfil ağır yük qaldırmaq.
Simptomlar
Nevroloq qeyd edir ki, əksər insanlarda yaşla əlaqədar onurğa yırtığı ola bilər və bu, normal sayılır. Çox vaxt heç bir əlamət vermir və təsadüfən MRT zamanı aşkar edilir. Ancaq yırtıq sinir kökünü sıxarsa:
beldə “vuran” ağrılar,
ətraflarda keyimə və sancı,
əzələ zəifliyi (məsələn, barmaq uclarına qalxmaqda çətinlik) ola bilər.
Diaqnoz və müalicə
Bu əlamətlər varsa, nevroloqa müraciət etmək vacibdir. Diaqnoz həkimin baxışı və anamnez əsasında qoyulur, lazım gələrsə MRT aparılır. Xüsusi hallarda pasiyent neyrocərraha yönləndirilir.
Həkim bildirir ki, 70–90% hallarda əməliyyat lazım olmur. Düzgün konservativ müalicə ilə yırtıq öz-özünə “sorula” bilər. Müalicə mərhələləri:
qeyri-steroid iltihabəleyhinə dərmanlar,
əzələ boşaldıcı preparatlar,
kəskin dövrdən sonra müalicəvi idman (arxanı gücləndirmək üçün),
davamlı ağrı olduqda sinir blokadaları (anesteziya inyeksiyası).
Əməliyyata göstərişlər:
konservativ müalicədən sonra 6–12 həftə ərzində effektin olmaması,
əzələlərdə zəifliyin artması,
sidik kisəsi və ya bağırsaq funksiyasının pozulması.
Profilaktika
Ağırlıq qaldırarkən düzgün texnikaya əməl etmək: düz bel ilə oturub yükü ayaqların dəstəyi ilə qaldırmaq.
Arxa və qarın əzələlərini gücləndirən idmanla həftədə 3–4 dəfə, 50 dəqiqə məşğul olmaq (üzgüçülük, pilates).
Uzun müddət oturaq qalmaqdan qaçmaq — hər 30–60 dəqiqədən bir qalxıb hərəkət etmək.
Çəkini nəzarətdə saxlamaq: kişilərdə bel çevrəsi 94 sm-dən, qadınlarda isə 80 sm-dən çox olarsa endokrinoloqa müraciət etmək.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:48
Onurğa xəstəlikləri niyə sürətlə artır? Yəqin ki, siz də hər gün qarşılaşdığınız insanlarda “belim ağrıyır, sümük
Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 18:44
BMT: İranda edamların sayı sürətlə artır
Sağlamlıq
Bu gün, 17:30
Onurğa yırtığı necə yaranır?
Şou-biznes / Türkiyə
Bu gün, 17:00
Bülent Şakrak yeni yaşını gənc sevgilisi ilə qeyd etdi
Hadisə
Bu gün, 16:52
Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpə süni nəfəs aparatına qoşulub
Dünya
Bu gün, 16:30
"Ryanair" sərnişinlərə mesaj verdi: Qaydalara əməl edin
Dünya
Bu gün, 16:00
Rusiyanın yeni hücumu Ukraynanı yasa boğdu
Sağlamlıq
Bu gün, 15:30
Gecə Yuxusu niyə Gənclik İksiridir?
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
“Yüksək gəlir” vədi ilə aldatma: Temu adı altında fırıldaq
Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır
Kolon xərçənginə qarşı yaşıl qalxan
Dünyanı təəccübləndirən açıqlama: Trampdan Qəzza proqnozu