Bu gün, 14:04 0 Şou-biznes

Aytən Məhərrəmova "Söhbət Zamanı" verilişində kövrəldici etiraf etdi

Aytən Məhərrəmova "Söhbət Zamanı" verilişində kövrəldici etiraf etdi
Xanəndə Aytən Məhərrəmova etirafı ilə sevənlərini kövrəldib.

Ana olmaq arzusunu dilə gətirən müğənni, studiyadakı hər kəsi ağlatmağa müvəffəq olub. Səmimi şəkildə hisslərini paylaşan muğam ustası, qorxularından danışarkən, "Anamın yoxluğunu təsəvvür belə etmək istəmirəm. Günahlarımın bağışlanılması bir də bu dünyadan ana olmadan ölməkdən qorxuram" deyib.

Aytən Məhərrəmovanın bu sözləri aparıcı Zümrüd Bədəlova və Aşıq Namiqi göz yaşlarına boğub. Bu duyğusal anlar həm studiyadakıları, həm də izləyiciləri dərindən təsirləndirib.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: