15-08-2024, 16:21 0 Şou-biznes

Qarşınızda gördüyünüz Aytəni son dəfə görürsüz

Qarşınızda gördüyünüz Aytəni son dəfə görürsüz
Müxbir: Salam, Aytən xanım. Necəsiniz? Necə keçir istirahətiniz?

Aytən x: Salam. Keçən yay olduğu kimi, bu yay da heç bir yerə gedə bilmədim (gülür). Deyəsən, bütün yaxşı işlərim yay fəslinə qalıb. Həm də bir az özümü narahat hiss etdiyimə görə uzaq yerə getmək istəmədim. Xeyirlisi. Elə Bakıda ailəmin yanında olmaq ən gözəl istirahətdir mənim üçün.

Müxbir: Nəsə hiss edirik, başınız toy və xınalara qarışdığından televiziyaya dönmək istəmirsiniz.

Aytən x: Deməzdim, dönmək istəmirəm. Sadəcə 2-3 təklif oldu, amma o layihələrdə özümü görə bilmədim. Amma qayıtmağı düşünürəm. Hələ cavanam, hər şey qabaqdadır.

Müxbir: Televiziyaya olan sevginiz sizdən nələri aldı?

Aytən x: Çox həmkarlarım mənimlə razılaşar ki, biz peşəmizi o qədər çox sevirik ki, şəxsi həyatımız arxa planda qalır. Hər gün çəkiliş, tədbir bizi ailəmizdən uzaqlaşdırır. Amma ikisini də balansda saxlamaq lazımdır. Onda hər şey gözəl olur.

Müxbir: Bu yaşınıza qədər peşman olduğunuz nələrsə olub?

Aytən x: Səhvsiz insan yoxdur. Peşman olduğum anlar olub. Amma ən güclü insan odur ki, o səhvi yenidən etməsin. Biz səhvlər üzərində müdrikləşirik.

Müxbir: İnandığınız şeylərin arxasınca gedən birisiniz?

Aytən x: Əmin olmadığım heç bir şey üçün savaşmaram. Amma bir şeyə ki əminəm, onda iki dünya bir olsa, onun uğrunda savaşar, sübut yetirərəm. Belə bir inadkarlığım var. (Gülür)

Müxbir: Haqsızlığa göz yummarsınız onda?

Aytən x: Haqsızlığa kim göz yumar? Haqsızlıqları çox görmüşəm və görməkdəyəm. İlk olaraq həmin insanı sadəcə Allaha həvalə edib yoluma davam edərəm. Karma deyilən bir şey var. İnsan yaşatdığını yaşamadan ölməz. Hər şeyin zamanı var.

Müxbir: Hər zaman çıxışlarınızda qadınlara dəstək olmuşsunuz, bu alqışa layiq bir addımdır.

Aytən x: Əlbəttə, dəstəyəm və dəstək olmağa davam edəcəyəm. Heç bir kişinin ixtiyarı yoxdur ki, qadını incitsin, onu yarı yolda qoysun, ona şiddət göstərsin. Elə gözəl dövlətdə yaşayırıq ki, qanunlarımız var. Ona görə də buradan qadınlarımıza səslənirəm ki, heç nədən qorxmayın. Özünüzü hər zaman sevin və müdafiə edin.

Müxbir: Avqustda doğum gününüz olacaq. Özünüzə nə arzu edirsiniz?

Aytən x: Bir arzum var idi. Demək olar ki, o arzuma çatmışam, şükür. Amma arzudan arzu doğur. Bundan sonra özümə sağlam can və sevdiklərimi hər zaman yanımda görmək istəyirəm. Və onu deyə bilərəm ki, indi qarşınızda gördüyünüz Ayteni son dəfə görürsünüz. Həyatımı iki hissəyə bölürəm. İndiki Aytən və bundan sonra olacaq Aytən. Bütün səhvlərimi, doğrularımı, şıltaqlıqlarımı bu yaşda qoyub, yenidən doğulan, olğunlaşan bir Aytəni tezliklə qarşınızda görəcəksiniz.

Müxbir: Təşəkkür edirəm səmimi cavablarınıza görə. Amma son sualımız şəxsi həyatınızla bağlı olacaq. Danışmaq istərdiniz?

Aytən x: Siz sağ olun ki, məndən müsahibə aldınız. İnsan danışdıqca, ürəyini açdıqca rahatlaşır. Sizə və kollektivinizə təşəkkür edirəm. Şəxsi həyata qalanda isə, zamanla hər şeyi biləcəksiniz. Uğurlar hamınıza.

Eltun Məmmədov

Qarşınızda gördüyünüz Aytəni son dəfə görürsüz




Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: