Prezident “Azərenerji” ASC ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
“Ulusum”.az xəbər verir ki, Fərmana əsasən, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
1.1. Azərbaycan Respublikasının Prezidentinə:
1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
1.1.2. Cəmiyyətin icra orqanının yaradılması;
1.1.3. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
1.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
1.2.2. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
1.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
1.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
1.2.5. bu Fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
1.3.2. Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;
1.3.3. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.
Müəyyən edilsin ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 18:00
Uşaqları komaya salan buzlu içkilər
Hadisə
Bu gün, 17:00
Suriya artilleriyası Livan ərazisinə zərbələr endirib
Hadisə
Bu gün, 16:30
Nəsimi rayonunda mağazada yanğın olub
Cəmiyyət
Bu gün, 16:24
Boşanmaların sayı artdı
Dünya
Bu gün, 16:11
ABŞ Rusiyanın hərəkətlərini araşdıran mərkəzdən çıxır
Dünya
Bu gün, 15:30
Zelenski Rusiyanı atəşkəsdən imtina etdiyini iddia edir
Maraqlı
Bu gün, 15:27
Emanın “Bakı Paxlavası" - VİDEO
Siyasət
Bu gün, 15:11
MN: Mövqelərimiz atəşə tutuldu
Cəmiyyət
Bu gün, 15:05
Bayram namazının qılınacağı tarix açıqlandı
Sağlamlıq
Bu gün, 15:00
Hansı qidalar tromboz riskini azaldır?
Populyar Xəbərlər
Azərbaycanlı pianoçu Londonda solo konsert verib - VİDEO
Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu
Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda
Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş - FOTO - VİDEO
Test: Psixoloji yaşınız neçədir?
Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi