Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq.
Ulusum.az xəbər verir ki, “Report”a məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri təsdiq edib.
Həmin gün adıçəkilən komitədə büdcə zərfinə daxil olan qanun layihələrinin ilk müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Polis Akademiyasının kursantları fləşmob keçirib
Azərbaycan və Əfqanıstan arasında ətraf mühit üzrə əməkdaşlıq görüşü
Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Şişlidə qadın qətli: Cəmiyyət ayağa qalxdı