31-05-2025, 10:00 0 Siyasət / Türkiyə

Tarixi Zirvə Gəlir? Dörd Prezident Sülh Naminə Görüşə Bilər

Tarixi Zirvə Gəlir? Dörd Prezident Sülh Naminə Görüşə Bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İstanbulda aparılan danışıqların nəticəsi olaraq Rusiya, Türkiyə, ABŞ və Ukrayna prezidentləri – Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Donald Tramp və Vladimir Zelenski arasında birbaşa görüşün mümkün olacağına ümid edilir. Onun sözlərinə görə, bu görüş dayanıqlı atəşkəsə nail olmaq üçün mühüm addım ola bilər.

“İstanbul danışıqlarını tamamlayıb, Türkiyə, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin görüşünü keçirmək mümkün ola bilər,” – deyə nazir qeyd edib.

Fidan əlavə edib ki, tərəflər arasında danışıqlar davam etdiyi müddətdə irəliləyişə ümid var. O, əvvəlki görüş zamanı əsirlərin mübadiləsi və atəşkəslə bağlı yanaşmaların razılaşdırılması kimi nəticələrin əldə olunduğunu vurğulayıb. Nazirə görə, 2 iyunda keçiriləcək növbəti danışıqlarda texniki məsələlərin yekunlaşdırılması gözlənilir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: