10-05-2025, 20:01 0 Siyasət / Cəmiyyət

Azərbaycan Hindistan və Pakistan arasında elan edilmiş atəşkəsi alqışladı // Statement on the Ceasefire reached between India and Pakistan

Azərbaycan Hindistan və Pakistan arasında elan edilmiş atəşkəsi alqışladı  //                                                                             Statement on the Ceasefire reached between India and Pakistan
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında əldə olunan atəşkəslə bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir:

Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Bu bəyanat Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə dəstəyinin və regional sabitliyin qorunmasına verdiyi əhəmiyyətin göstəricisidir.

https://mfa.gov.az/az/news/no19325

"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: