Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir təşkil edilib.
Tədbirdə Vaşinqtonda yaşayan Azərbaycan icmasının təmsilçiləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ümummilli liderin Azərbaycanın gələcəyi naminə irəli sürdüyü əsas ideyalarından bəhs edərək onun tək Azərbaycan deyil, dünya üçün dəyər təşkil etdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, o ideyaların davamı olaraq Azərbaycan güclü və inkişaf edən ölkəyə çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında hər kəs dövlətimizin inkişafını daha da irəli aparmaq üçün səy göstərir.

Səfir əlavə edib ki, Heydər Əliyev hər zaman gənclərə və tələbələrə xüsusi diqqət göstərib. Diplomat təhsildə uğurlu nəticə göstərən tələbələri mükafatlandırıb. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin səfirlikdə yerləşən abidəsi önünə gül dəstələri qoyublar.
Ardınca Heydər Əliyevin fəaliyyəti, əsas ideyaları və gənclər siyasəti ilə bağlı videoçarxlar nümayiş olunub.
Tədbirdə həmçinin, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini, ABŞ-a rəsmi və işgüzar səfərlərini əks etdirən foto sərgi təşkil edilib. (Azərtac)
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 11:00
Vatikan HAMAS girovlarının azadlığı üçün şərt açıqladı
İqtisadiyyat / Dünya
Bu gün, 10:30
Ritter: Dollar artıq "ölüb", mövqeyini itirib
Hadisə
Bu gün, 09:15
Bakıda evlərə girən qadın kimdir? - VİDEO
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Rusiyanın yeni hücumu Ukraynanı yasa boğdu
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ