Əfsanəvi modelyer Corco Armani vəfat etdi

İtaliyanın AGI agentliyi xəbər verir ki, 91 yaşlı əfsanəvi modelyer Corco Armani dünyasını dəyişib. O, iyunda sətəlcəm, daha sonra isə bronxit keçirmişdi. Ağır xəstəlik səbəbindən Armani iyirmi ildən sonra ilk dəfə olaraq Giorgio Armani Privé “Payız–qış 2025–2026” kolleksiyasının Parisdəki təqdimatına qatıla bilməmişdi.
Buna baxmayaraq, kuryer şounun hər detalını videobağlantı vasitəsilə şəxsən idarə etdiyini məktubunda vurğulamışdı.
Armani 11 iyulda 91 yaşını qeyd etmişdi. O, 40 ildən çox əvvəl yaratdığı moda evinə sonadək sadiq qalıb və dünyada ən yaşlı kuryelərdən biri hesab olunurdu. Bir neçə həftə əvvəl onda ağciyər infeksiyası aşkarlanmışdı, məhz bu xəstəlik onun ölümünə səbəb olub.
Mərhum modelyerin dəfn mərasimi qapalı şəkildə keçiriləcək. Vida mərasimi isə 6–7 sentyabrda Milan şəhərində, “Armani” teatrının binasında təşkil olunacaq.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:30
Dəmirçi-Lahıc avtomobil yolu ÇÖKDÜ - VİDEO
Köşə
Bu gün, 12:30
Niyə ənənəvi dəyərləri qorumaq vacibdir?
Dünya
Bu gün, 11:00
Vatikan HAMAS girovlarının azadlığı üçün şərt açıqladı
İqtisadiyyat / Dünya
Bu gün, 10:30
Ritter: Dollar artıq "ölüb", mövqeyini itirib
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Rusiyanın yeni hücumu Ukraynanı yasa boğdu
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ