Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO

8 may 2025-ci il tarixində Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən verilən məlumata görə məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin baş direktoru Tiina Nirk rəhbərlik edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının müdafiəsi ilə əlaqədar effektiv konsulluq yardımının göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Azərbaycan Respublikasının və Estoniya Respublikasının viza siyasətinə dair fikir mübadiləsi aparılıb.

Müasir dövrün çağırışlarına uyğun olaraq konsulluq xidmətlərinin göstərilməsində əlçatanlığının və çevikliyin təmin edilməsi məqsədilə bu istiqamətdə rəqəmsallaşmanın və elektron xidmətlərin tətbiqinin əhəmiyyəti vurğulanıb. Bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi həyata keçirilib.
Azərbaycan Respublikası ilə Estoniya Respublikası daxili işlər orqanları arasında əlaqələrin qurulması, miqrasiya, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə bir sıra təkliflər nəzərdən keçirilib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mədəniyyət
Bu gün, 20:00
Fikrət Qocanın 90 illiyi qeyd olunacaq
Dünya
Bu gün, 19:00
Trump, Ursula fon der Leyeni "heyrətamiz" adlandırdı
Sağlamlıq
Bu gün, 15:00
Təbiətin hədiyyəsi – Berberin nədir?
Hadisə
Bu gün, 14:35
Masallıda ağır qəza: ölən və yaralananlar var
Kriminal
Bu gün, 11:40
DİN KRİMİNAL XRONİKA
Populyar Xəbərlər
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Hava Proqnozu 5 May 2025
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO
Azərbaycanın təbii və mədəni irsi - VİDEO
Azərbaycan və Əfqanıstan arasında ətraf mühit üzrə əməkdaşlıq görüşü
Demi Murun Həyatla Mübarizə Hekayəsi