XİN məlumat YAYDI

Azərbaycan Respublikası və Tacikistan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı
ULUSUM.az Nazirliyin saytına istinadən bildirir ki, 2 may 2024-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Tacikistan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sodiq İmomi rəhbərlik edib.
Siyasi məsələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.
Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
İclas zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Eyni zamanda, 2 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri də keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Baş idarəsinin rəisi Safarzoda Bahodur rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Tacikistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparıılıb. Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 18:00
CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Gündəm
Bu gün, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
İqtisadiyyat
Bu gün, 17:00
SOCAR və CIMA arasında yeni əməkdaşlıq sazişi
Siyasət
Bu gün, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Bu gün, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Dünya
Bu gün, 16:00
Aclıq, müharibə, ölüm… Sudan faciəsi dərinləşir
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO