İlham Əliyev: Azərbaycan müstəmləkəçiliyin bütün formalarını rədd edir

Azərbaycan müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir.
Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladıqları müraciətdə qeyd olunub.
Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb:
"Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik".
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir:
"İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik".
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 16:00
Həyat yoldaşına işgəncə verən kişi məhkəmə qarşısında
Cəmiyyət
Bu gün, 11:49
DİM bu gün əlavə imtahanlar keçirəcək
İqtisadiyyat
Bu gün, 11:00
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Hadisə
Bu gün, 10:53
FHN: Maşında sıxılı qalan qadın xilas edildi - VİDEO
Hadisə
Bu gün, 10:30
Beyləqanda baş verən hadisədə iki kişi xəsarət aldı
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO