Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə - CAVAB

Kanadanın xarici işlər naziri olan bir şəxsin, ölkənin milli maraqlarına üstünlük vermək və beynəlxalq aləmdə nüfuzunu qorumaq əvəzinə, Kanada Erməni Milli Komitəsinin maraqlarını müdafiə etməsi, bu vəzifə üçün zəruri olan mühakimə və məlumatlılıq səviyyəsi ilə bağlı ciddi narahatlıqlar doğurur.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada XİN rəhbəri Melani Jolinin “X” sosial şəbəkəsində 1915-ci il hadisələri ilə bağlı müraciətinə cavabında deyilir.
“Təəssüf ki, siz Ermənistan tərəfindən törədilmiş etnik təmizləmələrə, qətliamlara, vəhşiliklərə, mədəni irsin məhv edilməsinə və digər insanlıq əleyhinə cinayətlərə məruz qalmış 1 milyondan artıq azərbaycanlının əzablarını tanımadınız. Bununla bağlı deyilən gözəl bir söz var: “Qərəz, kölgə kimi, ağlın işığını qaraldır.” Sadəcə bir xatırlatma: hər zaman faktlara əsaslanın, erməni diasporasının saxta hekayələrinə deyil”, - A.Hacızadə bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanın anti-terror tədbirləri, onun ərazilərində yerləşən qeyri-qanuni Ermənistan hərbi birləşmələrinin təxribatlarına qanuni və mütənasib cavab idi.
“Cəmi 24 saatdan az davam edən bu əməliyyat, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə, qanunsuz erməni hərbi birləşmələrinin və onların infrastrukturunun zərərsizləşdirilməsinə yönəlmişdi. Mülki əhali və infrastruktur hücuma məruz qalmayıb, bölgədən ermənilərin köçməsi isə onların könüllü seçimi olub”, - o bildirib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 16:00
Həyat yoldaşına işgəncə verən kişi məhkəmə qarşısında
Cəmiyyət
Bu gün, 11:49
DİM bu gün əlavə imtahanlar keçirəcək
İqtisadiyyat
Bu gün, 11:00
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Hadisə
Bu gün, 10:53
FHN: Maşında sıxılı qalan qadın xilas edildi - VİDEO
Hadisə
Bu gün, 10:30
Beyləqanda baş verən hadisədə iki kişi xəsarət aldı
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO