İsti duşda epilepsiyası tutdu, ağır yanıq xəsarətləri ALDI
38 yaşlı London sakini Enni Peres üçün Sardiniyaya istirahət səfəri böyük faciə ilə nəticələnib. Uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkən qadın isti duş qəbul edərkən tutma keçirib və nəticədə ağır dərəcəli yanıq xəsarətləri alıb.
Ulusum.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Hadisə zamanı qadının dostları vannadan suyun axdığını görərək narahat olublar. Qapını döysələr də cavab almadıqda içəri daxil olublar və Peresi huşsuz vəziyyətdə tapıblar. O, dərhal yaxınlıqdakı tibbi mərkəzə çatdırılıb, daha sonra isə helikopterlə xəstəxanaya aparılıb.
İki gün sonra ayılan Enni əl və ayaqlarının qalın sarğılarla örtüldüyünü görüb. Həkimlərin sözlərinə görə, yanıq xəsarətləri bədən səthinin 11%-ni əhatə edib və bəzi hissələrdə zədələr “sümüyə qədər” dərin olub.
Qadın Sardiniyadakı xəstəxanada üç həftə qalıb, ardından Londona köçürülərək iki ay müalicə alıb. Aldığı xəsarətlərin ağırlığı səbəbilə o, uzun müddət yatağa bağlı qalıb və təxminən bir il yarım yardımsız yeriyə bilməyib.
Hadisədən bir il sonra Enni Peres Sardiniyaya yenidən qayıdıb. O, bunu “yeni xatirələr yaratmaq” və yaşadığı ağır travmanın izlərini geridə qoymaq üçün etdiyini bildirib.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:17
Dünyada ilk gen terapiyası möcüzəsi: 3 yaşlı Oliver Hunter sindromunu demək olar ki, geridə qoydu
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
Asan və Dadlı Xəmir Resepti VİDEO
Aşıq Namig ATV-də: “Ailə qurduğum qadın sənətə yox, evə aid olmalıdır”