Dünən, 14:00 0 Sağlamlıq

Sinəsi 25 kilo olan qadın bunun çətinliklərindən danışdı

Sinəsi 25 kilo olan qadın bunun çətinliklərindən danışdı
25 yaşlı Sammer Robert çox böyük sinə ölçüsünün gündəlik həyatında yaratdığı ciddi çətinliklərdən danışıb.

Ulusum.az bu haqda "Metro.co.uk" portalına istinadla məlumat verir.

Onun sözlərinə görə, cəmi yeddi yaşında olarkən artıq ikinci ölçü sinəsi var idi və bu səbəbdən yaşıdları tez-tez onunla məsxərə edirdi. Yeniyetməlik dövründə sinəsinin ölçüsü daha da böyüyüb və küçədə tanımadığı insanlar ona söz atmağa başlayıb. Müəllimlər də bəzən diqqət çəkdiyi üçün onu dərsdən çıxarırmış. Hazırda Robertin sinəsinin çəkisi 25 kiloqramdır və böyüməsi davam edir.

Sammer bir neçə dəfə həkimə müraciət edib. İlk dəfə uşaq olarkən anası onu həkimə aparıb, lakin həkim hər hansı problem görməyib. 17 yaşında yenidən müstəqil şəkildə müraciət edən Robertə piylənmə diaqnozu qoyulub, baxmayaraq ki, artıq çəkinin əsas hissəsi məhz süd vəzilərində toplanmışdı.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.