Xurmanın Ziyanları və Düzgün İstifadəsi
Xurmanın Faydaları və Düzgün İstifadə Qaydaları: Sağlamlıq üçün Nələrə Diqqət Etməliyik?
Xurma immuniteti gücləndirir, ürək-damar sağlamlığını qoruyur, lakin düzgün istifadə edilməzsə, mədə və bağırsaq problemlərinə səbəb ola bilər.
Xurmanın çoxsaylı faydaları olsa da, onun düzgün yeyilməməsi ciddi zərərlərə yol aça bilər.
C vitamini, antioksidantlar və liflə zəngin olan bu meyvə immunitet sistemini gücləndirir, ürək-damar sağlamlığını dəstəkləyir və qanazlığının qarşısını almağa kömək edir.
Dr. Adil Məmmədov ulusum.az-a xəbər verir ki, yetişməmiş xurmanın tərkibində yüksək miqdarda tanen və həll olunmayan lif olur ki, bu maddələr mədə turşusu ilə birləşərək yapışqan və bərk kütlə yaradır.
Bu kütlə zamanla daşlaşaraq mədə tıxanması, xoralar, qanaxma və hətta mədə perforasiyası (deşilməsi) kimi ağır fəsadlara səbəb ola bilər. Bağırsağa keçən böyük kütlələr isə bağırsaq tıxanması və deşilmə riskini artırır.
Mütəxəssislər xurmanı acqarına yeməməyi, gündə 1-2 ədəd yetişmiş xurma ilə kifayətlənməyi və meyvəni yeməkdən sonra 1-2 saat ərzində digər qidaları qəbul etməyi tövsiyə edirlər.
Bu qaydalara riayət etməklə, xurmanın faydalarından maksimum yararlanmaq və sağlamlıq problemlərinin qarşısını almaq mümkündür.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Millət vəkili Müşfiq Məmmədli canlı yayımda çətin sual qarşısında aciz qaldı VİDEO
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Dədə Ədalətin doğum günüdür VİDEO
Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama
