Bu gün, 18:17 0 Sağlamlıq

Doğru yaxınlıq — sağlam münasibətin əsasıdır

Doğru yaxınlıq — sağlam münasibətin əsasıdır

Terapevt həkim Seyfəddin Əsəd Ulusum.az-a açıqlamasında bildirib ki, sağlam və ahəngdar cinsi həyat həm bədənin, həm də psixikanın rifahına ciddi təsir edir


Onun sözlərinə görə, intim münasibətdə tərəflər arasında emosional bağlılıq, etibar və qarşılıqlı anlaşma əsas şərtlərdəndir.

Bizim üçün cinsi əlaqə nədir? Ehtiras dolu anlar, yoxsa təlabat ödəmək? Və ya sadəcə məşğuliyyət? Əslində isə cinsi əlaqə bəzi xəstəliklərdən xilas olmaq üçün də çox vacibdir.
Cinsi əlaqənin 8 xeyiri

1. Seks vasitəsilə lazımlı hormonlar əmələ gəlir
• Oksitosin – bu yaraların tez sağalmasına, zədələr nəticəsində əmələ gələn ləkələrin yox olmasına kömək edir. Hormon bədən temperaturunu və təzyiqini tənzimləyir.
• Dopamin – razılıq hormonlarını artırır.
• Testosteron – insandakı narazıçılıq və narahatlıq hisslərini azaldır.
• Endorfin – xoşbəxtlik hormonu stresi aradan qaldırır, depressiyadan uzaq saxlayır. Bu hormonlar cinsi istəyi artırır, insanı daha həvəsli edir.

2. Cinsi əlaqə ürəyə müsbət təsir edir, insult və infarkt riskini 2 dəfə azaldır.

3. Daimi cinsi əlaqə insanı daha ağıllı edir. Seks zamanı qan beyinə daha yaxşı ötürülür, oksigenin miqdarı çoxalır. Eyni zamanda cinsi əlaqə yaddaşı möhkəmləndirir, əsəbləri sakitləşdirir.

4. Seks kişilərdə prostat, qadınlarda isə mastopatiya xəstəliyinin qarşısını alır.

5. İntim münasibət zamanı immunitet artır, soyuqdəymənin qarşısını alır.

6. Seks artıq çəkidən xilas olmağa kömək edir. 4-5 dəqiqə sekslə məşğul olmaq 15 dəqiqə qaçış xalçasında idman etməkdən daha sərfəlidir. Bu zaman daha çox kalori itirirsən.

7. Daimi seks dərinin elastikliyini artıran və qırışların qarşısını alan kollagenin miqdarını çoxaldır.

8. Cinsi əlaqə zamanı orqanizmdəki mikrobların 50 %-i təmizlənir.

Seyfəddin Əsəd qeyd edib ki, “kişinin sperması onun atom enerjisidir” fikri təsadüfi deyil. Bu bioloji maye yalnız nəsil artırma funksiyasını daşımır, həm də kişinin orqanizmi üçün vacib enerji və həyat qüvvəsi daşıyıcısıdır.

Ona görə də düzgün, tələsmədən, qarşılıqlı hörmət üzərində qurulan yaxınlıq münasibətləri həm fiziki, həm də psixoloji balans üçün olduqca önəmlidir.

Həkimin sözlərinə görə, bu mövzu cəmiyyətimizdə çox vaxt tabu sayılsa da, maariflənmə və düzgün yanaşma ailə münasibətlərinin daha sağlam qurulmasına şərait yaradar.


R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.