Az su içmək stress hormonunu artırır
Yeni elmi araşdırmaya görə, gündəlik kifayət qədər su içməyən insanlarda stress zamanı kortizol hormonunun səviyyəsi daha çox artır.
Bu, az miqdarda su qəbulunun uzunmüddətli sağlamlıq riskləri ilə əlaqəsini izah edir.
Ulusum.az xəbər verir ki, ABŞ-da aparılan və “Journal of Applied Physiology” jurnalında dərc olunan araşdırmaya görə, kifayət qədər su içməyən şəxslərin orqanizmində psixososial stress zamanı kortizol hormonunun ifrazı daha yüksək olur.
Bu isə onların stresə qarşı daha həssas olmalarına səbəb ola bilər.
Bu da zamanla metabolik, böyrək və ürək-damar xəstəlikləri riskini artırır.
Tədqiqat zamanı iştirakçılar gündəlik su qəbuluna görə 2 qrupa bölünüb: çox və az su içənlər. Stress testindən sonra hər 2 qrupda kortizol səviyyəsində artım müşahidə edilsə də, az su içənlərdə bu reaksiya daha güclü olub.
Bu da orqanizmin susuz qaldıqda stressə daha həssas olduğunu göstərir.
Alimlər bildirib ki, yetərli maye qəbul etmək yalnız fiziki deyil, psixoloji sağlamlıq üçün də önəmlidir.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
