Qarpız, yemiş, ananas – Həkim axşam bu meyvələri yeməyə qadağa qoydu
İspaniyalı həkim Xose Manuel Felises axşam saatlarında qarpız və yemiş kimi su tərkibli meyvələrin istehlak edilməsinin yuxu problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə La Razon nəşri yazıb.
Mütəxəssis qeyd edib ki, həm qarpız, həm də yemişin 90%-dən çoxu sudan ibarətdir və bu, xüsusilə yatmazdan əvvəl qəbul edildikdə narahatlıq yarada bilər.
Bundan əlavə, Felises axşam saatlarında ananas yeməyi də məsləhət görmür. Çünki bu meyvə yüksək miqdarda turşuluğa malikdir və xüsusilə mədə turşusu və reflüks problemi olan insanlarda narahatlıq yarada bilər.
O, həmçinin avokadonun da gec saatlarda yeyilməsinin məsləhət olmadığını bildirib. Avokadonun həzm prosesini çətinləşdirdiyini deyən həkim, bu meyvənin səhər və ya günorta saatlarında yeyilməsini tövsiyə edib.
Ulusum.az
"Onlar bədəni nəmləndirmək üçün əladır, bəli. Amma tərkibində çoxlu su olduğuna görə, sizi gecənin bir yarısında oyadıb tualetə getməyə məcbur edə bilərlər", – deyə Felises bildirib.
Mütəxəssis qeyd edib ki, həm qarpız, həm də yemişin 90%-dən çoxu sudan ibarətdir və bu, xüsusilə yatmazdan əvvəl qəbul edildikdə narahatlıq yarada bilər.
Bundan əlavə, Felises axşam saatlarında ananas yeməyi də məsləhət görmür. Çünki bu meyvə yüksək miqdarda turşuluğa malikdir və xüsusilə mədə turşusu və reflüks problemi olan insanlarda narahatlıq yarada bilər.
O, həmçinin avokadonun da gec saatlarda yeyilməsinin məsləhət olmadığını bildirib. Avokadonun həzm prosesini çətinləşdirdiyini deyən həkim, bu meyvənin səhər və ya günorta saatlarında yeyilməsini tövsiyə edib.
Ulusum.az
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
Dünən, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
Dünən, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır
