Kişilərdə sonsuzluğa səbəb olan 3 əsas təhdid
Üroloji mütəxəssisi Doç. Dr. Yavuz Onur Danacıoğlu, müasir həyatın gətirdiyi ətraf mühit toksinləri, piylənmə, intensiv stres və gündəlik istifadə etdiyimiz elektron cihazların kişilərin reproduktiv sağlamlığına necə təsir etdiyini izah edir. O, ümidsizliyə qapılmamağın vacibliyini, həyat tərzində ediləcək şüurlu dəyişikliklər və erkən mərhələdə tibbi dəstək ilə bu mənfi gedişatın geri çevrilə biləcəyini vurğulayır.
Kişilərdə sperm keyfiyyəti azalır
Dünya miqyasında aparılan elmi araşdırmalara istinad edən Doç. Dr. Danacıoğlu bildirir ki, 1970-ci ildən bəri Qərb ölkələrində kişilərdə sperm sıxlığı 50%-dən çox azalıb. Bunun səbəbləri arasında kimyəvi toksinlər, ətraf mühit faktorları, hormonal pozuntular və pis həyat vərdişləri dayanır.
Cihazların yerləşdirilməsinə diqqət
Dizüstü kompüter, mobil telefon və uzun müddət oturmaq kimi amillərin mənfi təsirlərindən danışan həkim, bu cihazların qasıq nahiyəsinə yaxın daşınmasının testis temperaturunu artırdığını bildirir. Temperaturun yüksəlməsi sperm istehsalını pozur. Piylənmə isə hormonal tarazlığı pozaraq və iltihabı artıraraq kişi reproduktiv sağlamlığına ciddi təhdid yaradır.
Risklər saymaqla bitmir
Kilo artımının da sonsuzluğa ciddi təsir etdiyini qeyd edən mütəxəssis, bədən kütlə indeksi artdıqca sperm keyfiyyətinin əhəmiyyətli şəkildə pisləşdiyini vurğulayır. Bu, artıq elmi olaraq təsdiqlənmişdir.
Doç. Dr. Danacıoğlu cəmiyyətin bu mövzuda məlumatlandırılmasının və həyat tərzində dəyişikliklərin təşviqinin vacibliyini qeyd edir. O, kişi sonsuzluğunun artıq ictimai səhiyyə problemi olduğunu və tibbi yardımdan gecikməməyin önəmini bildirir. Erkən diaqnoz və sağlam həyat vərdişlərinin müalicə prosesində böyük rol oynadığını əlavə edir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
15-12-2025, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
15-12-2025, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
15-12-2025, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır
Populyar Xəbərlər