Kosmetikasız bir həftə: Dəriyə "Fasting" düşərmi?
 
        “Fasting” (yəni “oruc”) anlayışı artıq təkcə qidalanma və dinlə məhdudlaşmır. Artıq bu termin gözəllik və dəriyə qulluq sahəsinə də daxil olub. Skin-Fasting, yəni dəriyə qulluqdan müvəqqəti imtina — minimalist və şüurlu gözəllik rutini tərəfdarları arasında populyarlıq qazanır.
Bu yanaşmanın məqsədi — dərinin kosmetik məhsullardan bir müddət “istirahət etməsinə” şərait yaratmaq və dərinin öz funksiyalarını bərpa etməsinə imkan verməkdir.
✨ Dəriyə həmişə "detoks" lazımdırmı?
Məşhur kosmetoloq Liana Davıdova xəbərdar edir:
Dərinin qulluq vasitələrinə “öyrəşib işləməməsi” barədə fikir yanlışdır. Əksinə, düzgün seçilmiş məhsullar dərini qoruyur, nəmləndirir və balansda saxlayır. Lakin çox təbəqəli, aqressiv vasitələr (turşular, retinollar və s.) dərini həssas və yorğun edə bilər. Bu halda skin-fasting bərpaedici bir mərhələ ola bilər — amma hər kəs üçün uyğun deyil.
Əgər dəriniz sakit, sabitdirsə və məhsullara yaxşı reaksiya verirsə — sadəcə dəbdədir deyə “oruc” tutmağa ehtiyac yoxdur. Əksinə, qəfil dəyişiklik şok effekti verə bilər.
🚫 Skin-Fasting — heç bir qulluq demək deyil? Xeyr.
Bu anlayış üz yumaqdan və günəş qoruyucusundan imtina demək deyil.
Sadəcə minimalizm: sadə təmizləyici, neytral nəmləndirici və SPF — bu kifayətdir. Heç bir turşu, serum və ya ağır tekstura lazım deyil.
Sınaq müddəti: 5-7 gün.
Əgər dəri sakitləşərsə və yağlılıq, qızartılar azalarasa — deməli, bu metod sizə uyğun gəlib. Amma dartılma, quruluq və solğunluq baş verərsə — bu, dəriyə baxımın vacib olduğunun göstəricisidir.
✅ Kimlərə uyğundur, kimlərə yox?
Uyğundur:
Həssas dərisi olanlara
Dərinin artıq məhsullara reaksiyası olanlara
Dəri prosedurlarından sonra
Çox sayda məhsul istifadə edən və təsiri ölçmək istəyənlərə
Uyğun deyil:
Akne, rozasea, dermatit yaşayanlara
Günəşli hava və ya iqlim dəyişikliyi zamanı
Səyahətdə və ya hava dəyişkənliyində olanlara
Ulusum.az
 
Diqqət Çəkənlər
      	
			Oxşar xəbərlər:
		
			Şərhlər:
		
		İnformasiya
	
	Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
	
					Son xəbərlər
					daha çox
				
		Mətbəx
		
			 Dünən, 16:30
			
	Şam yeməyi üçün sağlam və doyumlu resept
		Mətbəx
		
			 Dünən, 15:00
			
	Ev Şəraitində Yarpaq Dönər Resepti
		Mətbəx
		
			 Dünən, 13:00
			
	Nahar  - Toyuqlu mərci püresi şorbası
		Mətbəx
		
			 Dünən, 11:00
			
	Şokoladlı-kəsmikli zapekanka
		---
		
			 Dünən, 10:00
			
	Tez   Hazırlanan Peçenye Resepti. -VİDEO
		Sağlamlıq
		
			 Dünən, 09:30
			
	Oturaq həyat tərzi ölümcül nəticələrə səbəb ola bilər – gündə cəmi 10 dəqiqə kifayətdir
		Mətbəx
		
			 Dünən, 09:30
			
	Səhər yeməyi  - Düyü unlu syrniklər
					Populyar Xəbərlər
				
		Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı Özbəkistanda  -  VİDEO
				
		“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi  -  VİDEO
				
		Qazağın cücəli yayma xəngəli – Çaylı kəndi  -   VİDEO
				
		Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!
				
		Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi
				
		Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı   -  VİDEO