Bu gün, 16:30 0 Mətbəx

Apelsinli Moti – Ev Şəraitində Yapon Ləzzəti VİDEO

Apelsinli Moti – Ev Şəraitində Yapon Ləzzəti  VİDEO
Sadə ərzaqlarla evdə hazırlaya biləcəyiniz bu desert həm görünüşü, həm də dadı ilə fərqlənir. Apelsin ətri və yumşaq kremli içliyi ilə moti süfrənizin ulduzu olacaq.



1. Apelsinli Kremin Hazırlanması:

Başqa bir qabda 3 yumurtanın sarısını ayırın. Üzərinə 100 qram şəkər tozu əlavə edin. Ardınca 2 sulu apelsinin suyunu sıxıb qarışığa qatın. Daha sonra:

Apelsinli Moti – Ev Şəraitində Yapon Ləzzəti  VİDEO


- 30 qram nişasta
- 1 apelsinin narın sürtgəcdən keçirilmiş qabığı (yalnız narıncı hissəsi)

Bu qarışığı ocağa qoyun və qatı xəmir halı alana qədər bişirin. Kütlə qatılaşdıqda 20 qram kərə yağı əlavə edin və bir qədər daha qarışdıraraq bişirin. Soyumağa qoyun.



2. Kremli İçliyin Hazırlanması:

- 300 qram yumşaq kəsmik (tvaroq)
- 50 qram şəkər tozu
- 200 ml 33% yağlı qaymaq

Bunları birlikdə mikserlə çalın. Bərk, krem halında içlik alınır. Kremi salafana töküb sıxmağa hazır vəziyyətə gətirin.

3. Moti Xəmirinin Formalaşdırılması:

Soyuyan rəngli moti xəmirini düyü unu səpərək elastikləşdirin. Kündələr düzəldib yayaraq içlərinə hazırladığınız kremi yerləşdirin. Gürcü xəngəli formasında büküb artıq hissələri qayçı ilə kəsin. Əlinizi bir qədər düyü ununa batıraraq üzərlərini düzəldin.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.