Bu gün, 15:04 0 Cəmiyyət / Gündəm

Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olunub

Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olunub
Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının xüsusi tapşırığına əsasən Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib.


Görüş zamanı ölkə başçısının adından görkəmli ədibə Azərbaycanın ali dövlət təltiflərindən biri olan Heydər Əliyev ordeni təqdim edilib.

Təltif şairin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərinə, zəngin yaradıcılıq irsinə və uzunillik səmərəli fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.

Qeyd edək ki, Nəriman Həsənzadə onilliklər ərzində poeziyamızın parlaq simalarından biri kimi milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayıb, əsərləri ilə oxucuların rəğbətini qazanıb.

Redaksiyamız adından Xalq şairini yüksək dövlət mükafatı münasibətilə təbrik edir, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olunub


E.Quliyev
Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.