Bu gün, 16:00 0 Cəmiyyət / Gündəm

Vətən Müharibəsi Şəhidimizin Anası Ziyarət Olundu

Vətən Müharibəsi Şəhidimizin Anası Ziyarət Olundu
Ağstafa rayonunda şəhid anasına baş çəkildi.

Ulusum.az-ın bölgə müxbiri Elnur Quliyev xəbər verir ki,

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müalicəsi Qırılı kəndində davam etdirilən Vətən müharibəsi şəhidi Təbriz İlqar oğlu Quliyevin anası Şəhla Quliyevanı ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Şəhla ana səhhətinin yaxşılaşdığını bildirərək, şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

O, göstərilən dəstəyə görə İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Şəhid ailələrinə göstərilən hörmət və qayğının dövlət–xalq birliyinin bariz nümunəsi olduğu vurğulanıb.


Vətən Müharibəsi Şəhidimizin Anası Ziyarət Olundu


Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.